Siyasət

ABŞ Rusiyanın seçkilərə müdaxiləsi haqqında məlumatlar üçün nə təklif edir?

7 Avqust, 2020
833
Vaşinqton Rusiyanı qlobal miqyasda dezinformasiya kampaniyası həyata keçirməkdə ittiham edir. Buna görə dövlət katibi Mayk Pompeo ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinə xarici müdaxilənin qarşısını almaq üçün 10 mln. dollarlıq mükafat təklif edib.

Mükafat xarici hökumətin göstərişi ilə ABŞ-da federal seçkilərə, dövlət seçkilərinə və ya yerli seçkilərə müdaxilə üçün fəaliyyət göstərən şəxs və onun yeri haqqında məlumata görə veriləcək.

"Avtoritar hökumətlər açıq və azad informasiya mühitini manipulyasiya etmək istəyir”, deyə Dövlət Departamentinin Qlobal Qarşılıqlı Əlaqə (GEC) Mərkəzinin əlaqələndiricisi Lea Qabriel bildirib.

"Rusiya bir çox mözularda dezinformasiya və təbliğat ortaya çıxarılmasında və yayılmasında mühüm rol oynayır”, deyə Qabriel jurnalistlərə bildirib.

Proksi-saytlar böyük dezinformasiya sisteminin yalnız bir hissəsidir. Kreml öz təbliğat kanallarına böyük vəsait yatırır. Onun kəşfiyyat xidmətləri və etibarlı şəxsləri dezinformasiya üzrə qərəzli kiber-fəallıq nümayiş etdirir. Bu, xəbər saytları və ya araşdırma institutları adı altında fəaliyyət göstərən KİV-lər vasitəsilə edilir. Onların məqsədi ictimaiyyəti yanıltmaq və yalan məlumat yaymaq, demokratik norma və dəyərləri sarsıtmaqdır.

"Pekin də Rusiyadan bu metodikanı mənimsəyib, demokratik norma və institutları sarsıtmaq məqsədilə dezinformasiya və təbliğat yayılması üçün veb-saytlardan istifadə edir”, deyə o bildirib.

ABŞ hakimiyyətinin qarşıda duran noyabr seçkiləri zamanı bu təhdidlərə qarşı necə mübarizə aparacağı haqqında suala cavabda Capital Communications Group, Inc.-in həmtəsisçisi və prezidenti Akram Elias Turan-ın Vaşinqton müxbirinə bildirib ki, 2016-cı ildə keçirilmiş seçkilərdən sonra zəruri tədbirlər görülüb.

"Seçkilərin ədalətli keçirilməsinin təmin edilməsi üçün çox iş görülüb”, deyə o, Vaşinqtonda mətbuat üçün keçirilən virtual brifinqdə bildirib. 
 
turan.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo