15:00, 17 Sentyabr 2020 (Cümə axşamı) 118

ABŞ səfiri Tofiq Yaqublu və Fuad Qəhrəmanlının vəkilləri ilə görüşdü

ABŞ səfiri Tofiq Yaqublu və Fuad Qəhrəmanlının vəkilləri ilə görüşdü
Sentybarın 17-də 16-cı gündür aclıq edən Tofiq Yaqublunun vəkili Nemət Kərimli və Azərbaycan Xalq Cəbəhəsi Partiyası Rəyasət Heyətinin üzvü Fuiad Qəhrəmanlının vəkili olmuş Bəhruz Bayramov ABŞ-ın Azərbaycandakı Səfirliyində səfir Li Litzenberqlə görüşüb.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, saat yarım davam edən görüşdə Azərbaycanda insan hüquq və azadlıqları, siyasi məhbuslar, vəkillik fəaliyyəti, ombudsmanın fəaliyyəti ilə bağlı məsələlərə toxunulub.

"Görüşdə siyasi məhbuslarla bağlı söhbət zamanı Tofiq Yaqublu və Fuad Qəhərmanlının hüquqlarının müdafiəsi də diqqət mərkəzində oldu,” o qeyd edib.

Öz növbəsində, ABŞ Səfirliyi twitter səhifəsində səfir Litzenbergerin vəkillər Nemət Kərimli və Bəhruz Bayramovla görüşünün olduğunu bildirib.

"Hüquqi məsləhətləşmənin əlçatanlığı və düzgün prosedurunun təminatı vacibdir," səfrilik qeyd edir.