10:15, 17 Yanvar 2020 (Cümə) 216

ABŞ Senatında Trampın impiçment prosesinə rəsmən start verilib

ABŞ Senatında Trampın impiçment prosesinə rəsmən start verilib


/ DÜNYA
ABŞ Senatında yanvarın 16-da prezident Donlad Trampın impiçment prosesinə rəsmən start verilib. Konqresin yuxarı palatasında təsdiq edilmiş 7 qanunverici şikayətçi tərəfini təmsil edəcək.

AmerikanınSəsi xbər verir ki, onlar rasında Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff və Ədliyyə Komitəsinin rəhbəri Cerrald Nadler də var.

Senatda dinləmələr yanvarın 21-də başalayaraq, bir neçə həftə davam edəcək.

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampa qarşı impiçment maddələrini məhkəmə araşdırmasına göndərilməsi üçün çərşənbə günü Senatda səsverməyə çıxarıb.

Səsvermədən sonra prokuror kimi çıxış edən qanunvericilər impiçment maddələrini Senata göndərib.

ABŞ Nümayəndələr Palatası Trampı öz siyasi mənfəəti xatirinə prezident səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin onun əməllərini araşdırmaq səylərini əngəlləməkdə ittiham edərək onun impiçmentinə ötən ay səs verib.

Partiya xətti üzrə bölünən səsvermədə palatada çoxluq təşkil edən demokratların mütləq əksəriyyəti iki impiçment maddəsini təsdiq edərək Trampı 243 illik ABŞ tarixində üçüncü impiç edilən prezident edib.