Dünya

Abxaziyada kütləvi etirazlar nəticəsində Xajimba istefa verdi

14 Yanvar, 2020
286
Qismən tanınmış Abxaziya prezidenti Raul Xajimba müxalifətin yanvarın 8-dən başlanan kütləvi etirazlarının təzyiqi altında istefa ərizəsi imzalayıb.

MeydanTV xəbər verir ki, məqalə Jamnews saytında dərc edilib 
 
Buna qədər parlament belə bir qətnamə qəbul etmişdi, daha sonra isə Ali Məhkəmə onun vəzifədən kənarlaşdırılması haqda qərarı təsdiqləmişdi. Yanvarın 11-də Mərkəzi Seçki Komissiyası yeni seçki gününün martın 22-ə təyin edildiyini açıqlamışdı.

Amma Raul Xajimba vəzifəsini tərk etməkdən imtina etmiş və qarşılıqlı məhkəmə iddiası qaldıracağını bildirmişdi. Prezidentin çevrəsindən martda yeni prezident seçilənə qədər Xajimbanın öz səlahiyyətlərini davam etdirməsi ilə bağlı da təkliflər səslənmişdi.

Yanvarın 12-i axşam saatlarında müxalifətin minə yaxın tərəfdaşı Suxumda prezident iqamətgahı önünə toplaşıb. Etirazçıların bir qismi oraya prezident administrasiyasının binasından piyada, çoxları isə maşınla gəlib. Bu iki bina bir-birindən təxminən dörd kilometrlik məsafədə yerləşir.

Etirazçılar Raul Xajimbanın dərhal istefaya getməsini tələb ediblər. Bir müddət sonra prezident bildirib ki, müxalifət dağılışacağı təqdirdə istefa ərizəsini imzalayacaq. Toplaşanlar onun bu təklifini aqressiv qarşılayıblar. Daha on dəqiqə keçəndən sonra məlum olub ki, Raul Xajimba istefa ərizəsini imzalayıb.

Abxaziyada nələr baş verir?

Birləşmiş müxalifət 2019-cu il sentyabrın 8-də baş tutan son prezident seçkilərinin nəticələrinin ləğv olunmasını tələb edirdi. O vaxt hazırkı prezident Raul Xajimba ikinci turda az üstünlüklə yenidən qəələbə qazanmışdı.

Amma müxalifət bu qələbəni qanunsuz hesab edir. Xajimba yalnız 47 faiz səs toplayıb, halbuki qanuna əsasən, bütün səs verənlərin 50 faiz +1 səsini toplayan şəxs qalib hesab oluna bilər.

Siyasi böhran yanvarın 9-dan başlayıb. Müxalifətin minə yaxın tərəfdarı əvvəlcə prezident sarayını mühasirəyə alıblar, daha sonra isə hücumla ələ keçiriblər.

Yanvarın 10-da parlament etirazçıları dəstəkləyib və hazırkı prezidentə istefaya getmək təklifini əks etdirən qətnamə qəbul edib. Bütün bu müddət ərzində alternativ iqamətgahda – "dövlət bağında” olan prezident bu təklifi rədd edib və bildirib ki, müxalifətlə dialoqa hazırdır.

Amma müxalifət dialoqdan imtina edib, etirazçılar bildiriblər ki, Xajimba istefa verənə qədər prezident administrasiyasını tərk etməyəcəklər.

Nəticədə yanvarın 10-da Ali Məhkəmə müxalifətin tərəfini tutaraq, prezidentin vəzifədən kənarlaşdırılması və yeni seçkilərin təyin olunması haqda qərar qəbul edib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo