11:54, 23 Mart 2020 (Bazar ertəsi) 229

Aİ Abxaziyadakı qondarma "prezident seçkisi"ni tanımadığnı bildirib

Aİ Abxaziyadakı qondarma
"Avropa İttifaqı (Aİ) beynəlxalq hüquqa uyğun olaraq Gürcüstan ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir".           

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Gürcüstanın Abxaziya bölgəsində keçirilən qondarma "prezident seçkisi" ilə bağlı yaydığı bəyanatda bildirilib: "Martın 22-də Abxaziyada baş tutan qondarma "prezident seçkisi" ilə əlaqədar bir daha xatırladırıq ki, Avropa İttifaqı bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır".  

Bəyanatda qeyd olunub ki, Aİ qondarma rejimi  tanımamaq və onlarla əlaqə qurmamaq siyasətini davam etdirəcək:  "Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi bu məsələdə tam səfərbər olaraq qalır".