18:30, 17 Oktyabr 2020 (Şənbə) 48

Ağcabədidə mülki şəxs yaralanıb

Ağcabədidə mülki şəxs yaralanıb
Məlumatı Baş Prokurorluq yayıb

Oktyabrın 17-də saat 16 radələrində Ermənistan silahlı birləşmələrinin Ağcabədini müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutması nəticəsində Arazbar kənd sakini 1991-ci il təvəllüdlü Hacıyev Orxan Nizami oğlu  müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində mülki şəxsin həyətinə top mərmisi düşüb və yaşayış evinə külli miqdarda ziyan dəyib.

Bildirilir ki, prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında münaqişə alovlanıb, döyüşlər gedir. Azərbaycan Cəbrayıl, Füzuli şəhərlərini, Hadrutu, onlarla kəndi, əhəmiyyətli yüksəklikləri işğaldan azad etdiyini bildirir. 

Oktyabrın 10-da tərəflər humanitar atəşkəs haqda razılıq əldə etsələr də, tərəflər onun pozulmasında bir-birini ittiham edir.

Roza Məmmədova