17:17, 29 May 2020 (Cümə) 195

Açıq havada keçirilən idman yarışlarına icazə verildi

Açıq havada keçirilən idman yarışlarına icazə verildi
Azərbaycanda mayın 31-dən etibarən açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilib. 

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Lakin yarışlarda tamaşaçılar iştirak etməyəcək.