12:32, 18 Sentyabr 2020 (Cümə) 104

Aclıq aksiyası keçirən şəxs: "Tofiq bəy başlayıbsa, sona qədər gedəcək"

 
 
Tofiq Yaqubluya dəstək üçün başladılmış aclıq aksiyasını hazırda 3 nəfər davam etdirir. 

Onlardan ikisi aksiyanın 17-ci günündədir. 

Aksiya 4 nəfərlə başlayıb, AXCP üzvü Tofiq Məmmədov, Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyev vəziyyətləri pisləşdiyindən aksiyanı dayandırmalı olublar. 

Zəfər Əhmədov isə aksiyaya sentyabrın 13-də qoşulub. 

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu 17 gündür ki, "ölüm aclığı" aksiyası edir. 

Şəbnəm Adil