Sosial

Adil Qeybulla: “Yumşalmadan öncə də rəqəmlər yüksək idi”

20 May, 2020
1241
Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 18-dən ölkədə koronavirusla bağlı karantin rejiminin yumşaldılması haqda qadağaların yumşaldılması və ya bəzilərinin tamamilə ləğvinə yönəlik qərarını açıqladı.

Dünyanın bir çox yerində, eləcə də, virusdan daha çox zərər çəkən ölkələrdən olan İtaliyada da artıq müəyyən yumşalmaların tətbiqinə başlanılıb. Amma Azərbaycanda tətbiq edilən yumşalma tədbirləri fonunda virusa yoluxma hallarının sayının üç rəqəmli olması və artan silsilə ilə davam etməsi bəzi suallara səbəb olur.

Karantin qaydalarının yumşaldılmasını və bununla bağlı yaranmış sualları Toplum TV tibb elmləri doktoru, professor Adil Qeybulla ilə müzakirə edib. 

"Əslində, yumşalmadan öncə də rəqəmlər yüksək idi. Amma insanların normal həyatına qayıtması, restoran, mağaza və bu kimi obyektlərin fəaliyyətini bərpası üçün belə bir addım atılmalı idi”.

Çinin Vuhan şəhərində ötən ilin sonunda ortaya çıxan "Covid-19” infeksiyası nəticəsində ölkədə karantin rejimi tətbiq edilsə və müəyyən azalmalar müşahidə olunsa da, sonradan orada yenidən yoluxma hallarının artması müşahidə edilmişdi.

Koronavirus infeksiyası əleyhinə vaksinin hələ tapılmamasını söyləyən professor diqqəti başqa bir problemə çəkir: "Tapılacaq vaksinin necə təsir göstərəcəyi də məlum deyil. Təcrübədə bir çox xəstəliklər üçün tapılmış vaksinlərin əks təsiri də mümkündür”.

A.Qeybulla misal olaraq bəzi xəstəliklərdə vaksin vasitəsilə orqanizmə daxil olan antitellərin əks təsir göstərərək ağır nəticələr verə biləcəyini deyir. O, həmçinin, QİÇS, Hepatit C kimi xəstəliklər əleyhinə vaksin tapılmasa belə insanların bu tip xəstəliklərlə yaşadığını da qeyd edir.

Professor bir çoxlarının maska taxmaması və soial məasafənin gözlənilməməsi nəticəsində yoluxma hallarının artdığını da vurğulayır. 

A.Qeybulla karantin rejiminin yumşaldılması ilə ölkənin koronavirusla mübarizədə yeni mərhələyə qədəm qoyduğunu bildirir. 

O həmçinin havaların isinməsinin infeksiyanın yayılmasının azalmasına müəyyən təsir göstərəcəyini güman edir. 

"Amma buna arxayın olmaq olmaz, əlbəttə”, - professor söyləyir.

A.Qeybulla koronavirusa yoluxan xəstələrin  təkrar yoluxma riskini istisna etmir: "Koronavirusa yoluxan xəstələrin təkrar yoluxması mümkündür. Bu hal xəstəliyi ağır və yüngül şəkildə keçirən xəstələrdə fərqli halda müşahidə edilə bilər”.

Nazirlər yanında Operativ Qərargahın mayın 19-na olan məlumatına görə 131 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər sağalıb, 1 nəfər isə vəfat edib. 

Ümumilikdə, virusa yoluxma sayı 3518, ölü sayı 41, sağalan isə 2198 nəfrdir. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 240.220 test aparılıb.

Vüsalə Mikayıl

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo