Siyasət

Ali Məhkəmə generalın şikayətini təmin etdi

17 Yanvar, 2020
759
Yanvarın 17-si Ali Məhkəmədə general-mayor Qabil Məmmədovun şikayətinə baxılıb.
 
Bu barədə məlumatı Novator.az yayıb. 

Məlumatda bildirilir ki, Azərbaycan Ordusunun birləşmə komandanı olmuş Qabil Məmmədov öz təşəbbüsü ilə fevralın 9-da keçiriləcək parlament seçkisinə qatılıb. O, namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən verib. Lakin dairə seçki komissiyası onun namizədliyini qeydə almaqdan imtina edib. Dairə komissiyası bunu belə əsaslandırıb ki, Qabil Məmmədov komissiyaya əmlakı barədə düzgün məlumat verməyib və onun namizədliyinin müdafiəsi üçün toplanmış seçici imzalarından 100-ü şübhə doğurur.

Qabil Məmmədov dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına şikayət edib. General bildirib ki, namizədliyinin qeydə alınmasına mane olmaq üçün barəsində saxta sənədlər hazırlayıblar, ona məxsus olmayan əmlakları (torpaq sahəsi və avtomobillər) adına yazıblar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış alan Qabil Məmmədov iddia edilən əmlakların ona məxsus olmadığını sübuta yetirib.

Yanvarın 9-da generalın şikayətinə baxan Mərkəzi Seçki Komissiyası bu sübutu qəbul edib. MSK qərara gəlib ki, Qabil Məmmədov həqiqətən də dairə seçki komissiyasına öz əmlakı barədə düzgün məlumat veribmiş.

Lakin MSK da Qabil Məmmədovun deputatlığa namizədliyini qeydə almayıb və bunu belə əsaslandırıb ki, generalın müdafiəsi üçün toplanmış 496 seçici imzasından 57-si etibarsızdır.

Deputatlığa namizədin qeydə alınması üçün 450 seçici imzası olmalıdır. 496-dan 57-ni çıxanda isə 439 edir. Beləliklə, Qabil Məmmədov üçün toplanmış imzalardan etibarsız hesab edilən imzalar çıxılanda qalan imzalar onun namizədliyinin qeydə alınmasına çatmır. MSK bunu əsas götürərək generalın namizədliyini qeydə almaqdan imtina edib.

MSK-nın qərarını əsassız sayan general bu qərarın ləğv edilməsi və deputatlığa namizədliyinin qeydə alınması üçün Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Məhkəmə şikayətə baxmaqdan imtina edib. İmtina belə izah olunub ki, Qabil Məmmədov namizədliyini Lənkərandan verdiyi üçün şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılmalıdır. General-mayor isə bununla razı deyil, o bildirir ki, məhkəməyə dairə seçki komissiyasının yox, Mərkəzi Seçki Komissiyasının qərarından şikayət edib, MSK isə Bakıda yerləşir.

Kassasiya şikayətində Qabil Məmmədov Ali Məhkəmədən onun apellyasiya şikayətinə baxacaq məhkəmə instansiyasının müəyyənləşdirilməsini, daha dəqiqi, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılması barədə qərar verilməsini istəyib.

Novator.az bildirir ki, yanvarın 17-də Ali Məhkəmə generalın istəyini təmin edib, onun MSK-dan şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmalı olduğu haqda qərar çıxarıb.

Qabil Məmmədov 1965-ci ildə Lənkəranda doğulub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Kiyev Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib. Sovet Ordusunun zabiti kimi Qazaxıstanda (1986-1987-ci illər), Əfqanıstanda (1987-1988-ci illər), Tacikistanda (1988-1989-cu illər), Almaniyada (1989-1992-ci illər) hərbi qulluq keçib.

1992-1995-ci illərdə Moskvada Hərbi Akademiya təhsili alıb.

1995-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Bərdə hərbi birləşməsinin komandanı, Müdafiə Nazirliyinin Hərbi-Elmi Mərkəzinin şöbə rəisi, Azərbaycanın Qazaxıstandakı səfirliyində hərbi attaşe olub.

2002-ci ilin yanvarında general-mayor rütbəsi alıb.

2009-cu ildə öz ərizəsi ilə ehtiyata buraxılıb.

"Azərbaycan Bayrağı” ordeni kavaleridir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo