Sosial

Alimlər “COVİD-19”-un ən erkən sipmtomunu aşkar etdilər

25 Noyabr, 2020
1890
Burunda quruluq və xoşagəlməz hissiyyat koronavirusa yoluxmanın ən birinci simptomudur - Barselona universitetinin alimləri belə bir nəticəyə gəliblər. "RİA Novosti”nin bununla bağlı xəbərində qeyd olunur ki, bu əlamət qoxunun itməsindən daha əvvəl meydana gəlir. 

Alimlər belə bir hipotezdən çıxış ediblər ki, iybilmə hissinin itirilməsi goblet hüceyrələrinin öz fəaliyyətini dayandırması ilə əlaqəlidir. Bu hüceyrələr iybilməyə cavabdeh olan odorant molekullarının müvafiq reseptorlara yapışmasına kömək edirlər.

Araşdırmalar göstərir ki, "COVİD-19”-a yoluxanların təxminən 70 faizi erkən mərhələdə burundakı "qəribə hissiyyat” və quruluqdan şikayətlənir, təxminən 50 faizi isə öz hisslərini burnun təmizlənməsilə müqayisə ediblər.

Belə hisslər orta hesabla 12 gün davam edib və müddətinə görə iybilmə və dadbilmənin itməsini ya qabaqlayıb, ya da onlarla üst-üstə düşüb. Noyabrın 24-də Rusiya Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktoru Natalya Pşeniçnaya koronavirusun ən tez-tez rast gəlinən simptomlarını açıqlamışdı.

Onun sözlərinə görə, yoluxma zamanı pasiyentlərin 78 faizində bədənin hərarəti artır, 57 faizində isə öskürək müşahidə olunur.

Bunlar koronovirusun istər yüngül, istərsə də ağır halları üçün səciyyəvidir. Xəstələrin yarısından çoxunda hərarət 38 dərəcədən yuxarı qalxmır. 

Daha əvvəl Pşeniçnaya koronavirus zamanı iybilmə hissinin itməsinin orta müddətini açıqlamışdı. Onun sözlərinə görə, koronavirusa yoluxan rusiyalılar iybilmə və dadbilmə duyğularını orta hesabla səkkiz günlük itirirlər.

Bu simptom yoluxmaların 87 faizində müşahidə olunur və daha çox qadınlarda rast gəlinir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo