Siyasət

Almaniyadakı azərbaycanlılardan növbəti aksiya

29 İyun, 2020
831
Almaniyadakı azərbaycanlı mühacirlər yenə aksiya keçirdi

İyunun 28-də Almaniyanın Arnsberg, Hamm və Söest şəhərlərində yaşayan azərbaycanlı siyasi mühacirlər aksiya keçiriblər. Aksiya Azərbaycan siyasi hakimiyyətini tənqid məqsədilə təşkil edilib.

DAS təşkilatının üzvü və aksiya təşkilatçısı Elnur Mirzəyev Meydan TV-yə deyib ki, məqsədləri Azərbaycandakı, eləcə də dünyadakı qeyri-demokratik rejimlərin alman ictimaiyyətinə tanıdılması olub: "Mövcud COVİD-19 virusu iə əlaqədar olaraq kampaniyamız da "Bütün diktatorlar koronavirus pandemiyası kimi dünya üçün təhlükəlidir” adlandırılmışdı. Hər bir şəhərdə keçirilən aksiyada təxminən 15 nəfər iştirak edib. Biz əsasən, Azərbaycanda baş verən hadisələri alman cəmiyyətinə çatdırmağa çalışırıq. Məlumdur ki, Azərbaycanda kütləvi şəkildə insan hüquqları pozuntuları baş verir. İctimai-siyasi fəallar və müxalifət partiyaları üzvləri həbs edilir və işgəncəyə məruz qalırlar. Tənqidi münasibətdə olan insanlara qarşı saxta məhkəmə ittihamlarıyla inzibati həbslər və saxta cinayət işləri təşkil edilir. Bütün bunlar siyasi hakimiyyətin sifarişilə həyata keçirilir”.

Elnur Mirzəyev əlavə edir ki, Azərbaycanda yalnız koronavirus pandemiyası dövründə 20-ə yaxın insan həbsə, respressiyaya, işgəncəyə və təzyiqə məruz qalıb. Onlar bunu etdikləri aksiyalarla alman ictimaiyyətinə çatdırıblar:"Ölkəmizdə iqtisadi azadlığın, söz azadlığının, fəaliyyət azadlığının olmadığını bugünkü aksiyalarımızda həm almanca, həm də azərbaycanca səsləndirdik”.

Elnur Mirzəyev deyir ki, aksiyanın iştirakçıları Aqil Hüseynov, Camal Seyidli, Emil Quliyev, Orxan Həbibli və Teymur Ələsgərov mitinqə maraq göstərən alman vətəndaşlarına Azərbaycanda baş verən siyasi repressiyalarla bağlı məlumat veriblər. Xüsusilə Azərbaycanda 160-dək siyasi məhbusun olmasını diqqətə çatdırıblar:"Eyni şüarlarla Almaniyanın başqa şəhərlərində də aksiyalar keçiriləcək. Bundan əvvəl Köln, Leverkusen və Langenfeld şəhərlərində eyniməzmunlu aksiyalar keçirilib və növbəti həftələrdə digər şəhərlərdə də bu aksiyalar davam edəcək”.

İyunun 22-də isə Almaniyanın Bonn şəhərində olan azərbaycanlı siyasi mühacirlər oradakı Rusiya səfirliyinin önündə aksiya keçirmişdilər. Səbəb iyunun 15-də axşam saatlarında Dağıstanın Qullar qəsəbəsində sərhəddən buraxılmaları tələbi ilə etiraz aksiyası keçirən azərbaycanlılara rus polisinin kobud davranması olmuşdu.
 
 
 
meydan.tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo