12:53, 25 Sentyabr 2020 (Cümə) 134

Almaniyanın iqtisadiyyat naziri: “Şimal axını -2”nin tikintisi başa çatdırılmalıdır

Almaniyanın iqtisadiyyat naziri: “Şimal axını -2”nin tikintisi başa çatdırılmalıdır
Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer "Habdelsblatt” qəzetinə müsahibəsində bildirib ki, onilliklərə hesablanmış bir layihənin hər fürsətdə şübhə altına alınması problem yaradır. 

Nazir "Şimal axını -2” layihəsini Rusiya qazının Avropaya idxalı ilə əlaqələndirməyən tənqidçilərin mövqeyini ziddiyyətli hesab edir.  O deyib ki, layihənin dayandırılması çağırışını edənlər gələcəkdə qazın haradan alınacağını  düşünməlidirlər. 

Xatırladaq ki, Rusiya-Almaniya qaz xəttinin tikintisinin dayandırılmasıyla bağlı söz-söhbətlər müxalif siyasətçi Aleksey Navalnının zəhərlənməsi ehtimalından sonra yenidən gündəmə gəlib.  

Avropa Komissiyasının sədri Ursula Von Der Leyen qaz kəməri layihəsinə yenidən baxılmasının vacibliyini qeyd edib, bunun siyasi məsələ olduğunu vurğulayıb. 
 
Öz növbəsində ABŞ da "Şimal axını - 2”  boru xəttinin Avropanın enerji təhlükəsizliyinə təhdid hesab etdiyini və tikintisinə mane olmaq üçün koalisiya yaratmaq niyyətində olduğunu açıqlayıb.