Siyasət

"Amnesty International" Ermənistanın kasetli bombalardan istifadəsini qınadı

30 Oktyabr, 2020
397
"Amnesty International" təşkilatı Ermənistan ordusunun Dağlıq Qarabağ münaqişəsi zəminində 28 oktyabrda Bərdə şəhərinə kasetli bombalarla hücum etdiyini təsdiq edib. Bu barədə təşkilatın 29 oktyabrda rəsmi saytına yerləşdirilən bəyanatında bildirilib.

"Dünən (28 oktyabr 2020) yerli vaxtla təxminən 13:30 radələrində "Smerç" raketindən atılan bir neçə bomba Bərdə şəhərində xəstəxanın da olduğu yaşayış bölgəsinə düşüb. Azərbaycanın Baş Prokurorluğu 21 nəfərin öldüyünü, 70-dən çox insanın yaralandığını açıqlayıb. "Amnesty International" təşkilatının börhran eskpertləri şəkillərdəki fraqmentləri (şəhərdəki "Vice News" müxbirləri tərəfindən çəkilən) analiz etdikdən sonra, bunların Rusiya istehsalı olan "9M55 Smerç" raketlərindən atılan "9N235" kasetli bombalar olduğunu təsdiq edib" - təşkilatın məlumatında belə yazılıb.

Məsələ ilə əlaqədar qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mariye Struthers açıqlama verərək Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsini qınayıb: "Yaşayış yerlərinə kasetli bombalarla atəş açmaq qəddar və amansız davranışdır, bu, çox sayda ölümə, yaraya və fəlakətə səbəb olur".

Təşkilatın bəyanatında həmçinin qeyd olunub ki, "Kasetli bombalar mahiyyət etibarilə kimsəyə fərq qoymayan silahlardır və istənilən şəraitdə ondan istifadə beynəlxalq hüquq tərəfindən qadağan edilib. Biz yenə hər iki tərəfi kasetli bombalardan istifadə etməkdən çəkinməyə və mülki əhalinin təhlükəsizliyini prioritet kimi qəbul etməyə çağırırıq".

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo