Sosial

ANAMA: İşğaldan azad olunmuş ərazilərin 80 faizi təhlükəlidir

30 Noyabr, 2020
507
"İşğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəli ərazilərdir”.

Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

İ. İsmayılov deyib ki, işğaldan azad olunmuş ərazilərin təmizlənməsi nəzərdə tutulur: "İnsanların ata-baba yurdlarına qayıtması üçün infrastruktur obyektlərində, əhalinin qayıtması üçün zəruri olan məkanlarda minalardan təmizləmə işləri aparılacaq. Daha sonra otlaq, əkin sahələrində, sonra ucqar ərazilər təmizlənəcək”.

ANAMA mətbuat konfransında işğaldan azad olunmuş ərazilərin sakinlərinə də müraciət edib.

"Azərbaycan Prezidentinin fərmanına uyğun olaraq işğaldan azad olunan ərazi vahidlərində müvəqqəti komendantlıqlar yaradılıb. Bu rayonların ərazilərinin girişlərinə polis postları təyin olunub. Xüsusi buraxılış olan şəxslərin və nəqliyyat vasitələrinin təmizlənmiş və işarələnmiş xüsusi yollarla hərəkətlərinə icazə verilir”. Bunu bu gün keçirilən mətbuat konfransındaANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib.

Q. Əhmədov bildirib ki, torpaqların işğaldan azad olunması sevinci ilə bir az öndə öz dədə-baba torpaqlarına getmək, öz yurdlarına baş çəkmək istəyənləri anlayışla qarşılayırlar: "Lakin bu ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları çirkləndiyini nəzərə alaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək bu ərazilərə daxil olmamaları, bu ərazilərə edəcəkləri səfərlərdən çəkinmələri xahiş olunur.

Bildirmək istəyirik ki, polis postlarından yayınaraq, ara yollardan istifadə etməklə bu ərazilərə daxil olmaqla, mina, və partlamamış hərbi sursat təhlükəsinə məruz qalmaq riski çox yüksəkdir. Baş verə biləcək partlayış nəticəsində yaralı vətəndaşın həmin ərazidən çıxarılması üçün Agentliyin minaaxtaranlarının səfərbər olmaları bir an öncə yardımın göstərilməsi üçün edilən emosional vərdişlər təhlükəli və riskli minaaxtarma və zərərsizləşdirmə fəaliyyətlərini daha da qəlizləşdirir. Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan şübhəli və təhlükəli ərazilərə daxil olmamalarını, tələb olunan qaydalara ciddi şəkildə riayət etmələrini, özlərinin və vətəndaşlarımızın təhlükəsiz mühitdə yaşamaları üçün fəaliyyət göstərən insanların həyat və sağlamlıqlarını təhlükə qarşısında qoymamalarını bu ərazilərə yaxın yaşayan vətəndaşların həssaslıq və diqqət göstərmələrini artıq dərəcədə xahiş edirik.

Bu ərazilərdə icra olunacaq genişmiqyaslı mina təmizləmə fəaliyyətləri çərçivəsində ilk növbədə hərəkət marşrutlarının, yolların təmizlənməsi nəticəsində yaxın gələcəkdə vətəndaşlarımızın öz yurdlarına baş çəkmələri üçün şərait yaradılacaq”. (APA)


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo