15:55, 17 Yanvar 2020 (Cümə) 263

Angela Merkel Türkiyəyə səfər edəcək

Angela Merkel Türkiyəyə səfər edəcək


/ DÜNYA
Almaniya kansleri Angela Merkel Türkiyəyə səfər edəcək.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə bu gün Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfər yanvar ayının 24-də baş tutacaq.

Ş. Zaybert qeyd edib ki, səfər çərçivəsində A. Merkel Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək, görüşdən sonra Almaniya və Türkiyə liderləri mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Səfər zamanı A. Merkelin Almaniya-Türkiyə ticarət palatasının dəvəti ilə işgüzar dairələrin nümayəndələri ilə də görüşü planlaşdırılır.

Eyni zamanda Almaniya kansleri Türkiyə Prezidenti ilə birlikdə Türk-Alman Universitetinin kampusunun açılış mərasimində iştirak edəcək.

Yanvarın 19-da Almaniyanın paytaxtı Berlində Liviya ilə bağlı keçiriləcək sammitə Türkiyə Prezidenti də qatılacaq.