12:03, 16 Noyabr 2020 (Bazar ertəsi) 96

Arutyunyan: "Yüzlərlə erməni əsgərinin cəsədi döyüş meydanında qalıb"

Arutyunyan:
"Çoxlu insan və ərazi itkimiz oldu. Bu günlərdə Şuşa ətrafındakı ərazilərdən çıxarılan 150 erməni hərbçinin cəsədi bunu bir daha sübut edir”.
 
Qondarma "Dağlıq Qarabağ Respublikası”nın lideri Araik Arutyunyan özünün "Feysbuk" səhifəsində belə yazıb.

O bildirib ki, yüzlərlə cəsəd hələ də döyüş meydanındadır və bu, həm həlak olanların yaxınları, həm də bütün xalq üçün qeyri-müəyyənlik yaradıb.

"Hər şeydən əvvəl məni vətənin daxili sabitliyini və həmrəyliyini pozan ciddi təhlükələr narahat edir” – Arutyunyan belə yazıb.

Noyabrın 14-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlılarının iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüşlərdə həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədinin Ermənistan tərəfinə təhvil verildiyini açıqlamışdı.