17:58, 11 Dekabr 2019 (Çərşənbə) 162

AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
Avropa Şurası Parlament Assambleyası (AŞPA) fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək.  
 
Report xəbər verir ki, AŞPA-nın Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzəçisi Stefan Şenak məlumat verib.

Onun sözlərinə görə, dekabrın 14-də AŞPA-da müşahidəçilərdən ibarət komissiya yaradılacaq və tərkibi təsdiq ediləcək: "Müşahidəçilərin sayı 30-dan çox olacaq".