21:04, 23 Sentyabr 2020 (Çərşənbə) 122

“Atamın Azərbaycana qaytarılmasına Heydər Əliyev Fondu icazə verməlidir”

“Atamın Azərbaycana qaytarılmasına Heydər Əliyev Fondu icazə verməlidir”
"Biz oktay Gülalıyevin ailəsi olaraq onun Türkiyədəki müalicə xərclərinin Heydər Əliyev Fondunun qarşılanmasından imtina etmişik. "Facebook” statusumda da bildirdiyim kimi, əgər qəzanın ədalətli şəkildə araşdırılmasına süni əngəl yaradılmağa davam edərsə, ümumiyyətlə müalicədən imtina edəcəyik..."

Təbriz Gülalıyev həmçinin bildirib ki, atasının səhhətində yaxşıya doğru dəyişikliklər var: " Artıq oyanışı, gözlərini açması bərpa olunub. Baxışlarında xeyli dərəcədə ifadə yaranıb. sağ əlini  hərəkət etdirə bilir. Həkimilə məsləhətləşdik, o dedi ki, atamın səhhəti onu  Azərbaycana aparmağa  imkan verir”.

Ailəsi O.Gülalıyevin müalicəsinin bakıdakı dövlət  xəstəxanalarından birində davam etdirməyi planlaşdırır.

Oqtay Gülalıyev 2019- cu ilin oktyabr ayının  29-da  "28 May” və  "Puşkin” küçələrinin kəsişməsində taksi sürücü Kənan Abdullayevin  törətdiyi qəza nəticəsində başından yaralanmışdır..

Zülfiyyə Quliyeva