13:40, 24 Mart 2020 (Çərşənbə axşamı) 126

ATU Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürdü

ATU Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürdü
Azərbaycan Tibb Universiteti (ATU) Koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Universitetdən APA-ya verilən məlumata görə, ATU tərəfindən Fonda 50 min manat məbləğində vəsait köçürülüb.

Qeyd edək ki, koronavirusla mübarizə müddətində ATU-nun həkim heyəti, klinikaları və işçi qüvvəsi gücləndirilmiş rejimlə çalışır.