Siyasət

Avropa Məhkəməsi: Xalid Bağırovun kollegiyadan çıxarılması qanunsuz olub

25 İyun, 2020
691
Avropa İnsan Haqları Məhkəməsi (AİHM)  iyunun 25-də Azərbaycandan göndərilən şikayətlər üzrə növbəti qərarını elan edib. 

Qərar hüquqşünas Xalid Bağırovun polis zorakılığı, məhkəmə sisteminin fəaliyyəti ilə bağlı ictimai açıqlamalarına görə vəkillik fəaliyyətinin bir illiyinə dayandırılması, daha sonra isə onun vəkillik fəaliyyətinə, ümumiyyətlə,  xitam verilməsi ilə bağlı olub. 

Bu barədə AİHM-nin saytında məlumat verilib. 

Məlumata görə, AİHM qərarında X.Bağırovun iddia etdiyi pozuntuların əksəriyyətini tanıyıb. 

Məhkəmə hesab edib ki, X.Bağırova münasibətdə Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddələrinin pozuntusuna yol verilib. 

 Qərara görə, Azərbaycan hökuməti Vəkillər Kollegiyasının(VK) cəzalandırdığı hüquqşünasa dəymiş mənəvi zərərə görə, ümumilikdə,  18 min avro təzminat ödəməlidir. 

X.Bağırov 2011-ci ildə digər hüquqşünaslarla birlikdə Azərbaycanda hüquq peşəsinin qarşılaşdığı problemlərin müzakirə olunduğu ictimai toplantıya qatılıb. 

 Həmin toplantıda konkret məhkəmə işindən çıxış edərək, polis zorakılığı haqda bəhs edib. Onun fikirləri yerli mediada yayılıb. 

 Bunun ardınca Bakı Şəhər Baş Polis İdarəsi(BŞBPİ) Azərbaycan Vəkillər Kollegiyasına şikayət edib və kollegiya dərhal polisə böhtan atması iddiası üzrə X.Bağırov barəsində intizam icraatına başlayıb. 

 2011-ci ilin avqustunda kollegiya onun vəkillik fəaliyyətini birilliyə dayandırıb. 

2014-cü ildə siyasətçi İlqar Məmmədovu cinayət işi üzrə müdafiə edərkən verdiyi açıqlamalara görə Vəkillər Kollegiyası X.Bağırova qarşı yenidən intizam icraatı başladıb.  

2015-ci ilin yayında kollegiya X.Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib. 

 Məhkəmə kollegiyanın istəyini təmin edib və hesab edib ki, X.Bağırov məhkəmə hakimiyyətinin durumu və xüsusilə bir hakimə yönəlik ifadələri ilə "dövlətə kölgə salıb” və "məhkəmə sisteminin etibarını zədələyib”. 

 Apelyasiya və kassasiya instansiyaları həmin qərarı dəyişməyib. 

X.Bağırov AİHM-ə şikayətində Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddələrinə söykənərək, barəsindəki intizam icraatının onun ifadə və şəxsi həyata hörmət haqqına müdaxilə təşkil etdiyini iddia edib. 

 Eyni zamanda iddia edib ki, ifadələrinə görə cəzalandırılıb və bu, onun 18-ci maddə ilə təminat altına alınan hüquqlarına müdaxilə məzmununda olub. 

X.Bağırovun şikayətləri Azərbaycan hökuməti ilə 2015-ci və 2016-cı illərdə kommunikasiya edilib. 

Elmar Əziz


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo