Siyasət

Avropa Məhkəməsi Xədicə İsmayıla görə Azərbaycanı cərimələdi

27 Fevral, 2020
609
Avropa İnsan Haqları Məhkəməsi(AİHM) Azərbaycanı 26 min avro cərimələyib. 

Bu barədə məlumatı media hüquqi üzrə ekspert Xalid Ağalıyev öz feysbuk hesabında yayıb. 

Məlumata görə, Avropa Məhkəməsi fevralın 27-də Azərbaycandan göndərilmiş 2 şikayət üzrə qərarlarını açıqlayıb. 

 Qərarlardan  biri araşdırmaçı jurnalist Xədicə  İsmayılın şikayəti ilə bağlıdır. 

Şikayət onun həbs edilməsi, ardınca vergidən yayınma, vəzifə səlahiyyətlərindən susi-istifadədə ittiham olunması, 7.5 il azadlıqdan məhrum edilməsi ilə bağlı olub. 

X.İsmayılın vəkilləri AİHM qarşısında iddia edirdilər ki, jurnalist əsaslı şübhə olmadan həbsdə tutulub, həbsdə tutulmasının qanuniliyinə etiraz etmək üçün gərəkli zaman, imkanlara sahib olmayıb, məhkəmələr qərəzli və tərəfli davranıb, təqsirsizlik prezumpsiyası hüququ pozulub. 

Avropa Məhkməsindən X.İsmayılın azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı (eləcə də, 5-ci maddə ilə birgə götürülməklə 18-ci maddənin pozuntusu) hüquqlarının pozuntusunun tanınması istənilib. 

Avropa Məhkəməsi hesab edib ki, bu işdə dövlət araşdırmaçı jurnalistin 5-ci, 6-cı, 10-cu və 18-ci (5-ci maddə ilə birgə götürülməklə) maddə ilə təminat altına alınan hüquqlarına müdaxilə edib. 

Jurnalistə bu pozuntulara görə, ümumilikdə 25 min avro təzminat ödənilməlidir. 

Jurnalist məhkəməyə 5 il əvvəl, 2015-ci ildə şikayət edib. 

Bu qərar AİHM-in X.İsmayılova barəsində elan etdiyi 2-ci qərardır. 

Avropa Məhkəməsinin Xədicə İsmayılın Avropa Məhkəməsinin Xədicə İsmayıl ilə bağlı ilk qərarı 2019-cu ilin yanvarın 10-da olub. 

Bu iş jurnalistin videogörüntülərinin yayılması nəticəsində CM-nin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır. 

Avropa Məhkəməsi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunu tanıyıb. 
 
Bununla da məhkəmə jurnalistə, mənəvi zərərə görə 15,000 avro, məhkəmə xərclərinə görə 1,750 avro müəyyən edib. 

Avropa Məhkəməsinin digər qərarı  boşanma ilə bağlı olub. 

Bu işdə  ərizəçi Rasim Abuşov boşanıb, azyaşlı uşaqları anaya verilib: "Atanın və qohumlarının övladları ilə görüşməsinə şərait yaradılması üçün məhkəməyə müraciət olunmuş, ancaq ərizəçi yerli məhkəmələrin qərarlarından narazı qalmışdı. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, şikayətlərinə baxılarkən onun ədalətli məhkəmə araşdırması və şəxsi həyatın toxunulmazlığı hüquqları pozulub”. 

Avropa Məhkəməsi Rasim Abuşovun Azərbaycana qarşı işdə  şəxsi həyatın toxunulmazlığı hüququnun pozuntusunu tanıyıb, hökuməti 1722 avro cərimələyib. 

Ümumilikdə, AİHM hökumətin üzərində 26 min avrodan çox təzminat ödəmək vəzifəsi qoyub. 

Elmar Əziz

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo