Siyasət

AXCP İlham Əliyevin ittihamlarına cavab verdi

16 İyul, 2020
526
İyulun 15-də hökumətin iclasında dövlət başçısının müxalifətin ünvanına növbəti xəyanət və satqınlıq ittihamları səslənib.

İ.Əliyev iyulun 14-də axşam saatlarında paytaxtda minlərlə insanın iştirakı ilə keçirilən nümayişi alqışlamaqla başlayıb. Aksiya iştirakçıları cəbhəyə can atır və hərbi rəhbərliyin istefasını tələb edirdilər.

 "Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya, görünür, bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub”, deyə Əliyev bildirib. O qeyd edib ki, polisə xuliqanları tapıb cəzalandırmağı tapşırıb. Əliyev bunun Xalq Cəbhəsi Partiyasının və Milli Şuranın şəxsində "beşinci kolonun” işi olduğundan əmin olduğunu bildirib.

Dövlət başçısı həddindən artıq emosional şəkildə bu dəfə ən sərt tədbirlərin görüləcəyinə və bu düşmən ünsürlərin "antidövlət fəaliyyətinə” son qoyulacağına söz verib.

Amma Əliyev əhalinin hakimiyyətin siyasətini tənqid etməsini və bu siyasətdən narazılığını niyə müxalifətin təxribatı hesab etdiyini izah etməyib.

Öz növbəsində, Xalq Cəbhəsi Partiyası və Milli Şura dövlət başçısının ittihamlarını təkzib edib, əsassız və "cəfəng” adlandırıb.

"Dövlət başçısının bu çıxışına biabırçılıqdan başqa ad vermək olmaz. Bu, yeni repressiyalara çağırışdır”, deyə Xalq Cəbhəsi Partiyasının bəyanatında bildirilir.

Döyüş əməliyyatları başladıqda AXCP və Milli Şura bütün vətəndaşlara fikir ayrılıqlarını bir kənara qoymaq və hakimiyyəti tənqid etməyə son qoymaq, orduya və dövlətə dəstək ideyası ətrafında birləşmək çağırışı ilə müraciət edib.

"AXCP lideri Əli Kərimli açıq-aşkar hökuməti tənqid etməyə son qoymağa və bütün səyləri təcavüzkar ermənilərə qarşı mübarizəyə yönəltməyə çağırıb. Əliyev təşəkkür etmək yerinə bizi düşmən elan edib”, deyə bəyanatda bildirilir.

Vətəndaş həmrəyliyi ilə bağlı çağırışlar etmək yerinə, dövlət başçısı olmayan yerdə düşmən axtarmaqla məşğuldur. Hakimiyyət müxalifəti aradan qaldırmaqla özünü xalqın qəzəbindən qoruyacağını düşünürsə, çox yanılır, deyə bəyanatda qeyd edilir.

Öz növbəsində, Milli Şura sədri Cəmil Həsənli də İ.Əliyevin çıxışını pisləyib, onu "yolverilməz” adlandırıb.

Erməni diasporası fəallaşıb və beynəlxalq ictimaiyyətin Bakıya təzyiq göstərməsi üçün addımlar atır. ABŞ Konqresinə artıq Azərbaycana hərbi yardım göstərilməsini qadağan edən düzəliş təqdim edilib. Ehtimal olunan layihə 907-ci düzəlişdən daha acınacaqlı olacaq. Bu sənəd qəbul edilərsə, bunun nəticələrini təsəvvür etmək çətin deyil.

Öz ölkəsində düşmən axtarmaq yerinə hakimiyyət diplomatiyanı fəallaşdırmalı və Vaşinqtonda Azərbaycan əleyhinə sənədlərin qəbul edilməsinə mane olmalıdır, deyə Həsənli yazır. 
 
turan.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo