Siyasət

AXCP üzvü 1 il həbs cəzası aldı

1 Dekabr, 2020
542
Bu ilin uyulunda Qarabağa dəstək yürüşündən sonra koronavirusu yaymaq ittihamı ilə saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Məhəmməd İmanlıya dekabrın 1-də Sabunçu rayon məhkəməsinin qərarı ilə 1 il həbs cəzası verilib. 

Bu haqda vəkili Əsabəli Mustafayev "Toplum TV”-yə məlumat verib.

Vəkil bu qərarı əsassız sayır və ittihamla verilən cəzanın adekvat olamdığını bildirir. Onun qənaətincə, Məhəmməd İmanlı cərimə oluna və ya azadlığın məhdudlaşdırılması kimi yüngül cəzalar verilə bilərdi. 

"Biz hesab edirdik ki, Məhəmməd İmanlıya qarşı irəli sürülmüş ittihamların sübutundakı ciddi problemləri nəzərə alaraq ona həbs cəzası verilməyəcək, fərqli cəza tətbiq olunacaq. Lakin gözləntilərimiz özünü doğrultmadı, ona 1 il azadlıqdan məhrum etmə cəzası verildi və o cəzanı ümumirejimli cəzaçəkmə müəssisəsində çəkəcək".

Ə.Mustafayevin sözlərinə görə, AXCP üzvü məhkəmədəki çıxışında məsuliyyətə cəlb olunmasını siyasi-ictimai fəaliyyəti ilə bağlayıb. 

Vəkil məhkəmənin qərarından appelyasiya şikayəti verəcəklərini bildirib: "Bu qərarla razı deyilik və hesab edirik ki, Məhəmməd İmanlıya bəraət verilməli idi. Hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik. Ola bilsin ki, appelyasiyadan sonra müəyən dəyişikliklər olsun".

Bu il iyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində atəşkəs pozulub, 12 nəfər həlak olub. Həmin günlərdə paytaxt Bakıda orduya dəstək aksiyası keçirilib, orda minlərlə şəxs iştirak edib. 

Məhəmməd İmanlının atası Ramiz İmanlı da qərarın ədalətsiz olduğunu və onun həbsini gözləmədiyini bildirir. O, oğlunun günahsız olduğunu, AXCP üzvü olduğu üçün həbs edildiyini deyir. 

"Əgər, Məhəmməd koronavirus daşıyıcısı idisə, nəyə görə bizim ailədə həkim tərəfindən yoxlama aparılmadı? Bizim hansımızsa koronavirus daşıyıcısı ola bilərdik. Məhəmməd koronavirus xəstəsidirsə, onu müalicə edə bilərdilər, ancaq bunların heç birini mən görə bilmədim. Məhəmməd İmanlını siyasi əqidəsinə görə mühakimə etdilər. Ona görə də, ola bilər ki, bu həbs bizim bütün ailəmizə sirayət olunsun".

Aksiyadan sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş̧ zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunurdu.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. 

Noyabrın 16-da yürüşlə əlaqədar həbsdə olan 15 AXCP üzvündən 12-si ev dustaqlığına buraxılıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo