Siyasət

"Azadə Kərimova məntəqəyə xüsusi təyinatla gətirilib"

23 Fevral, 2020
737
"Jalə Bayramovanı döyən Azadə Kərimova seçki məntəqəsinə xüsusi təyinatla gətirilib".

Bunu Azərbaycan Demokrtiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu yazıb.

O bildirib ki, fevralın 9-da qızı Jalə Bayramovaya qarşı təcavüz edən Kərimova Azadə Mürvət qızı 76 saylı dairənin 16 saylı məntəqəsinə xüsusi təyinatla göndərlib. 
 
 Jalə Bayramova

Qubad İbadoğlu qeyd edib ki, Azada Kərimovanın adı seçici siyahısında yoxdur: "Seçki məntəqəsində qızım Jalə Bayramovaya  təzavüz edən Kərimova Azadə Mürvət qızı ilə bağlı ictimai əhəmiyyət kəsb edən bir sıra vacib məlumatları sizə təqdim edirəm. Seçkilər" informasiya mərkəzində  76 saylı Lənkəran-Astara dairəsi üzrə  seçicilərin siyahısında  Azadə Kərimovanın  adının axtarış sorğusuna  "nəticə tapılmadı" cavabı gəldi.  76-cı dairənin 16-cı məntəqəsində Kərimov soyadlılar arasından Azadənin adı yoxdur. Hadisənin baş verdiyi 16-cı məntəqənin seçki siyahısında Kərimova soyadı olan bircə xanım qeydiyyatdadır ki, onun da adı S. atasının adı isə Z ilə başlayır, doğum  tarixi 1943-cü ildir".

"Kərimova Azadə Mürvət qızının adı isə başqa siyahıdan çıxdı. Belə ki, Lənkəran rayonu Sürük kəndində məcburi köçkün yataqxanasında qeydiyyatda olan  Kərimova Azadə Mürvət qızına 2019-cu ilin fevral ayından bu ilin mart ayına qədər 13 aydır ki,  ünvanlı sosial yardım verilir. Gələn aydan onun yardımı bitir. Çox böyük ehtimalla 9 fevraldakı  xidmətinə mükafat  kimi sosial yardımı yenidən uzadılacaq", - Q. İbadoğlu vurğulayıb. 
 
 
 Azadə Kərimova

İqtisadçı Mərkəzi Seçki Komissiyasına (sədr Pənahov Məzahir Məhəmməd oğluna), 76 saylı Dairə Seçki Komissiyasına (sədr Əliyev Məzahir Xanağa oğluna) və məntəqə seçki komissiyasına  (sədr Günəşov Şükür Məhərrəm oğluna) suallar ünvanlayıb: ""Xahiş edirəm ki, hər üçünüz suallarıma cavab verəsiniz. Seçki günü adı seçici siyahısında olmayan kənar adamın məntəqədə nə işi vardır? Deyə bilərsiniz ki, Kərimova Azadə müşahidəçidir. Bəs onda onun yaxasında nişanı niyə yox idi? Deyə bilərsiniz ki, məntəqə komissiyasının üzvüdür. Bəs onda onun adı niyə üzvlərin siyahısında yoxdur?  Üzvlərin siyahısı şəkil bölməsində təqdim olunur".

"Seçki Məcəlləsinin 40.15.-ci maddəsinə görə, səsvermə günü səsvermə otağında olan bütün səlahiyyətli şəxslərin, o cümlədən məntəqə seçki komissiyası üzvlərinin bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin, kütləvi informasiya vasitələri nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada, həmin şəxsin statusunu müəyyən etməyə imkan verən, soyadı, adı, atasının adı, vəzifəsi və fotoşəkli olan lövhəcik olmalıdır", - o bildirib. 

"Sual olunur ki, Kərimova Azadə hansı səlahiyyətlə səsvermə günü seçki məntəqəsinə daxil olur və məntəqə komissiyasının məşvərətçi səs hüququ olan Jalə Bayramovanı vəhşicəsinə döyür? Onu ora kim və nə məqsədlə dəvət edib? Ola bilər ki, sonradan Kərimova Azadənin adını məntəqədə seçki siyahısına əlavə ediblər. Amma bütün bunlar yalnız onu məsuliyyətdən azad etdirməyə yönələn addım kimi qiymətləndiriləcək. Fakt odur ki, onun adı bu günədək  MSK-nın siyahısında yoxdur", - deyə iqtisadçı bildirib.

Mərkəzi Secki Komissiyasının sədri Məzahir Pənahov da 76 saylı Seçki Dairəsinin 16 saylı seçki məntəqəsində müşahidəçi Jalə Bayramovanın döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.  

Onun sözlərinə görə, digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin: "Bu xanım isə çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, kiminsə onu çəkməsini istəməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Onu çəkən xanımı qanunla cəzalanadıracaqlar. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər”.

Şəmsiyyə İbişova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo