Sosial

"Azadlıq olmayan yerdə inkişafdan danışmaq olmaz" - MÜSAHİBƏ

7 Sentyabr, 2018
2944
Renad Yuzbayın 22 yaşı var. Hazırda İtaliyanın "Tor Vergata” Roma Universitetində təhsil alır. Bir neçə gündən sonra isə təhsilini Fransada davam etdirəcək. 

Renadın xaricdə təhsillə bağlı bir neçə bloq yazıları da var. Maraq dairəsinə gəzmək, oxumaq, yazmaq daxildir.

Renadla İtaliyadakı təhsildən, təqaüd proqramlarından və əcnəbi tələbə kimi orada başına gələn maraqlı hadisələrdən danışdıq.

Toplum TV "Xaricdə təhsil-İtaliya" ilə bağlı müsahibəni təqdim edir:

- Renad bəy, əvvəlcə təhsilinizdən danışın.

- Bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universiteti SABAH qruplarında almışam. İxtisasım isə Sənayenin təşkili və İdarə Olunması olub. Hazırda magistr təhsilimi İtaliyanın "Tor Vergata" Roma Universitetində alıram. Yeni dərs ilindən etibarən Fransada "Montpellier Business School"- da davam etdirəcəm.

- Niyə məhz İtaliya?

- Əslində bu elə İtaliyaya visa müsahibə suallarından biridir. Amma indi o zaman verdiyim cavabı vermək istəmirəm. İtaliyaya simpatiyam futboldan yaranıb, daha doğrusu, Milandan. Sonradan bu sevgi hərtərəfli artdı. Mədəniyyətini sevdim, dilini sevdim, musiqisini sevdim, operasını sevdim. Tanış olduğum adamlar mənə özlərini və ölkələrini sevdirdilər. Əminəm ki, ölkəni bəyənməyən çox nadir adam olar. Səbəbləri isə çoxdur.

- İtaliya universitetlərindəki təhsilin səviyyəsi necədir?

- Ölkənin şimal universitetlərinin təhsili kifayət qədər yüksəkdir. Məsələn, Maliyyə və İqtisadiyyat üzrə Bacconi Universiteti, Texniki sahələr üzrə Milan Politexnik Universiteti reytinqli universitetlərdir. Qeyd etmək istərdim ki, bizə məlum olan amma tətbiqindən əsər-əlamətin olmadığı Baloniya sistemi İtaliyada yaranıb. Sistemin yarandığı dövlətin təhsilini qınamaq ən azından bizə yaraşmaz. Lakin İtaliyada təhsilin mənfi yönləri də var. Düşünürəm ki, bunu oxumayan tələbələr daha çox hiss edər.

- Oranın təhsil sistemindəki hansı xüsusiyyətləri ölkəmizin universitetlərinə də tətbiq etmək olar?

- İlk öncəsində söyləmək istəyirəm ki, ölkəmizdə təhsildə yeniliklərin olması və ən əsası ümumiyyətlə, bütöv dəyişikliklər labüddür. Tətbiq ediləcək ən əsas məqam sərbəstlik və azadlıqdır. Azadlıq olmayan yerdə inkişafdan danışmaq olmaz, mümkün deyil.

- Bir əcnəbi tələbə kimi aylıq xərciniz neçəyə başa gəlirdi? Ümumiyyətlə, yemək, nəqliyyat və kirayə xidmətlərindən danışsanız, əla olar.

- Pul nə qədər artırsa, insanın tələbatları, daha dəqiqi yersiz tələbatları da artır. İndi deməyəcəm ki, mənim lazımsız tələbatlarım yox idi. Deyirəm ki, var idi, amma bunları idarə edə bilirdim. Bu səbəbdən xərclərimi idarə edə bilirdim. Aylıq xərclər daha çox ev kirayəsinə çıxır. Ümumilikdə, şəhər kənarında qaldığımdan daha az xərcləyirdim. Təxmini aylıq 300-400, bir müddət sonra 250-300 avro civarında olurdu. Son aylarda isə 500 avro civarı olub. Qida xərclərini yüksək adlandırmazdım. Ancaq qida rasionunuzda fastfood və restoran yeməkləri çox olarsa xərclər də birə beş artır. Nəqliyyatdan italiyanlar daxil əksər tələbələr pulsuz istifadə edir. Amma yoxlamaya tutulanda cəriməsinə də qatlanmaq lazımdır. Ən yaxşısı isə illik güzəştli kart almaqdır, xəri isə cəmi 120 avrodur. Hətta Bakıdakı nəqliyyat xərcindən belə aşağı olur.

- İtaliyada xarici vətəndaşlar üçün təqaüd proqramları təşkil edilirmi? Təşkil edilirsə, əsasən, hansı aralıqda və hansı təqaüd proqramları təşkil olunur?

- Təqaüd tapmaq heç də çətin deyil. Sadəcə, heç sevmədiyimiz araşdırmağı bacarmaq lazımdır. İtaliya hökuməti, həmçinin Avropa Birliyi də təhsil üçün müxtəlif təqaüd proqramları elan edir. Müraciət tarixləri təqaüdlərə görə fərqlənir. Əksərən dekabr ayından prosedurlara başlamaq lazımdır. İndidən isə araşdırmağa.Təqaüdü udmağınız üçün yuxarı GPA göstəricisi, GMAT, GRE, SAT, yüksək TOEFL və IELTS, iş təcrübəsi kimi kriteriyaları göz önünə almalısınız. Dövlətin təqdim etdiyi təqaüdləri özlüyündə 2 yerə ayıra bilərik:  "Invest your talent in Italy” və "Regional maddi yardım” təqaüdü.

1) İnvest your talent in Italy - "İtaliya Xarici İşlər və Beyləxalq Əməkdaşlıq Nazirliyi”nin, "İtaliya Ticarət Agentliyi” və "İtaliya Universitet”ləri ilə partnyorluğu, böyük İtaliyan şirkətləri, "İtaliya Sənaye Konfedrasiya”sının sponsorluğu ilə birlikdə həyata keçirdiyi təqaüd proqramıdır. Bu təqaüd proqramı sizə, təqaüd, universitet ödənişindən tamamilə və ya müəyyən hissəsindən azad olmaq, tələbə dəstək servisini təklif edir. "Invest your talent in Italy” təqaüd proqramını qazanacağınız təqdirdə, adlarını qeyd etdiyim partyor və sponsorların dəstəyi ilə sizə, illik 8,000 avro dəyərində təqaüd təqdim olunur. Təhsiliniz iki il davam edirsə bu təqaüd ikinci ilə də şamil olunur. Bundan başqa bir çox İtaliyan şirkətlərində təcrübə keçmək, dil kursundan yararlanmaq və s. bu kimi imkanlardan yararlanırsınız. Proqramın mənfi tərəfi, erasmus və ya mübadilə proqramına qoşulacağınız təqdirdə təqaüdünüzün kəsilməyidir.

2) İtaliya hökümətinin regionlar üzrə verdiyi təqaüdlər - Bu təqaüdü udma ehtimalınız kifayət qədər yüksəkdir. Bunun üçün sənədlərinizin düzgün olması və səhv etmədən qeydiyyat prosedurlarını keçməyiniz yetərlidir. Təqaüdü qazanmağınız sizin ailə gəlirlərinizin səviyyəsindən asılıdır. Təqaüdün verilmə vaxtları da universitetin yerləşdiyi bölgədən asılı olaraq dəyişir. Məsələn, Lazio-Roma bölgəsində təqaüdü udacağınız təqdirdə, 2 ildə 10,200 avro dəyərində olan təqaüdü 4 pul köçürülmə ilə alırsınız. Bunun ən mənfi xüsusiyyəti, təqaüdün köçürülmə vaxtlarının yaxşı olmamasındadır. İtaliyada bu təqaüdə güvənib təhsil almaq niyyətindəsinizsə, dekabra qədər səbr etməyiniz gərəklidir. İkinci köçürülmə isə növbəti təhsil ilininin dekabrında olur. Sonra təhsilinizin sonunda daha 2 köçürülmə ilə alırsınız.

- Bəs İtaliyada hansı ixtisaslar daha aktualdır?

- İncəsənət sahələrinə müraciət etmək üçün İtaliya ən gözəl seçimdir. Bununla yanaşı iqtisadiyyat, diplomatiya, humanitar və tibb sahələrində də təhsil almaq gözəl olar. Ancaq İtaliyada texniki sahələrdə təhsil almağı tövsiyə etmirəm.

- İtaliyada yaşadığınız müddətdə başınıza gələn maraqlı hadisə və ya anlardan birini bizimlə paylaşa bilərsiniz?

- Əlbəttə. İtaliyada yaşadığım 1 il müddətində Azərbaycanda yaşayacağım 5 illik təcrübəni yaşamışam. Təxminən bir ay əvvəl. Roma küçələrinin birində velosipedlə hərəkət edirdim. Hansı ki, həmin küçənin olduğu zona Romanın ən qədim yerlərindən biri sayılır. Dar küçələr, qədim binalar, daşlı yollar və s. Müqayisə olaraq İçərişəhərin daha qədim versiyasını düşünə bilərsiniz. Sıradan bir gün, yağan narın yağışdan sonra günəş yenicə buludların arasından parlamağa başlamışdı. Yağış isə sanki hər zaman dolu olan küçələrdən insanları silib aparmışdı.

Mən həm maşın, həm piyada, həm velosiped bir sözlə hər kəs üçün olan yolla gedirdim. Mənə qarşı isə ailə - ana, ata və iki övladı hərəkət edirdi. Kifayət qədər şad görsənirdilər. Ta kii, mənə çatana qədər. Yanımdan keçəndə xanım yəni ana gözəl bir cümlə işlətdi: "Bu Romada da bunların əlindən (maşın, velidoped, skuter və s.) normal gəzmək olmure". Bu sözləri eşidəndən sonra, kəlmələrin beyinə çatması biraz zaman aldı. Gah İngiliscədə anlmağa çalışdım, gah da İtaliyancada. Bir neçə saniyə duruxandan sonra özümdən asılı omayaraq geri dönüb "Salam" dedim. Bir az əvvəl şillə kimi mənə dəyən sözlərdən yaranan qızartı artıq onların üzündə də görsənməyə başlanmışdı. Heç bir cavab almadım və yolumuza davam etdik. 1 il ərzində ilk dəfə idi ki, Azərbaycanı yaşamışdım Romada. Demək istədiyim çox gileylənirik boş-boş şeylərə görə. Özümüzü bu qədər sıxmayaq, bir az sakit və təlaşsız yaşamaq lazımdır məncə.

- İtaliya universitetlərinə imtahan verən və qəbul olan tələbələrimizə məsləhətləriniz nə olardı?

- Məsləhət deməyim doğru olmaz, yaşadığım təcrübəni bildirim. Heç nəyə fikir verməyib oxumaq lazımdır. Unutmamaq lazımdır ki, hara getsək də ikinciyik həmin ölkədə. Sizi sıxan səbəblərin sayı isə həddindən çox olacaq. Yorulmamaq, ancaq çalışmaq lazımdır. Maksimum aktiv olmalı, ən əsası dili öyrənmək lazımdır. Dili öyrənəndən sonra qapılar açılmağa başlanacaq.

Samirə Əliyeva
Toplum.Tv
 



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo