11:48, 18 Noyabr 2020 (Çərşənbə) 79

AZAL Naxçıvana uçuşları bərpa edir

AZAL Naxçıvana uçuşları bərpa edir
Noyabrın 19-dan etibarən AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir.
 
Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat verir. Reyslər Bakıdan saat 13:00, Naxçıvandan saat 16:10 olmaqla hər gün həyata keçiriləcək.