Siyasət

Azər Qasımlı: “Belarusdakı rejimin iflasa uğramasının Azərbaycana təsiri olacaq”

12 Avqust, 2020
1276
Avqustun 9-da  Belarusda keçirilən prezident seçkilərindən sonra  26 ildir ölkəni idarə edən Aleksandr Lukaşenkonun siyasəti ilə razılaşmayan insanların kütləvi etirazları başlayıb. 

Müxalifətdən olan prezidentliyə namizəd Svetlana Tixanovskayanın böyük səs fərqi ilə seçkilərdə qalib gəldiyi bildirilsə də, rəsmi olaraq A.Lukaşenko seçkilərin qalib elan edilib.
 
 

Politoloq Azər Qasımlı Toplum tv-yə açıqlamasında Belarusdakı seçki öncəsi hadisələri belə şərh edib: "Svetlana Tixanovskaya hazırda ölkədə yoxdur və böyük ehtimal ona təhdidlər olub və ya onu oğurlayıblar. Əslində, o seçilmiş namizəd olsa da, siyasətçi və prosesin lideri deyildi. Həyat belə gətirdi ki, o seçkilərdə namizəd oldu. Çünki başqa biri yox idi, ona görə ki digər namizədlər həbs edilmişdi. Belə bir vəziyətdə prosesin dayanmaması üçün Svetlana Tixanovskayanın simvol olaraq namizəd olmasına qərar verildi. İndi həmin xanımdan nəsə gözləmək də düzgün deyil. Bəlkə də, bu prosesə istəmədən qoşulub. Bunu Belarusdan olan insanlar da çox gözəl anlayır”. 

Hazırda Svetlana Tixanovskayanın Litvada olduğu deyilir və Litvanın Xarici İşlər naziri Linas Linkyaviçus yazdığı tvitter postunda bunu təsdiq edib. 

Tixanovskaya isə yayılan video müraciətində "çətin seçim" qarşısında qaldığını, nə üçün Litvaya getməyə məcbur olduğunu izah edib. 

O, heç bir etirazın insan həyatına dəymədiyini bildirib.

A.Qasımlı hesab edir ki, buna baxmayaraq, Svetlana Tixanovskayanın üzərində bir məsuliyyət var və bəlkə də, hazırda xaricdə olması daha məqsədəuyğun və müsbət tərəfləri olan bir haldır: "Hansı ki o və prosesdə olan tərəflər bundan istifadə edə bilər. Əgər Svetlana Tixanovskaya övladı ilə təhdid edildiyini açıqlasa, Belarus xalqında Lukaşenkoya və rejimə qarşı daha da böyük nifrət oyada bilər. Bununla bərabər hələ də prosesdə iştirak edərək seçilmiş prezident kimi xaricdə yeni hökumət formalaşdıra, vacib xarici dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirə bilər. Nəticədə isə bu insanlara bir impuls ola bilər”.

Politoloq artıq Belarusun dəyişdiyini, Lukaşenkonu istəmədiyini və onu seçmədiyini deyir: "Hakimiyyət indi istəyir ki, meydandakı hərəkətlər zor formatında olsun. Belarusdakı müxalifət, sivil toplum və demokratik düşərgə anlayır ki, bu, Lukaşenko hakimiyyətinə sərf edən bir variantdır. Buna görə də çalışmalıdırlar ki, prosesləri dinc məcraya sala bilsinlər. Açığı, mən bunun alınacağına inanmıram və bu, olduqca çətin görünür. Çünki hakimiyyət əksi üçün əlindən gələni edəcək. Nəticə etibarı ilə hər şey meydanda insanların, yoxsa güc strukturlarının hansının çox olmasından asılı olacaq. Əgər aktivistlərin sayı çox olsa və ya OMON etirazçıların tərəfinə keçsə, nəsə baş verə bilər. Əks halda proses yavaş-yavaş sönüb gedəcək. Yəni hər şey Svetlana Tixanovskayanın prosesə reaksiyasından, qarşılıqlı olaraq insanların buna cavabından və hansı sayda meydana çıxmasından çox asılıdır”.

A.Qasımlı Belarusdakı hadisələrin Azərbaycana təsirindən də danışır. 

Onun sözlərinə görə, dünyanın istənilən yerindəki avtoritar rejimlərin iflasa uğraması və demokratiyaya keçid mərhələsinin Azərbaycana təsiri var. Belarusun isə bu təsirdə önəmini xüsusilə vurğulayır: "Birincisi, Belarusun önəmi, onun postsovet ölkəsi olmasına görədir. SSRİ dağıldıqdan sonra avtoritar idarə üsulundan demokratik idarəetməyə keçid edən ölkələr oldu. Bunlar Latviya, Litva, Estoniyadır. Bir müddətdən sonra Gürcüstan, Moldova, Ukrayna və Ermənistanda bu baş verdi. Şərq tərəfdaşlığı proqramında Azərbaycan yeganə ölkə olacaq ki, avtoritar rejimdən demokratik idarəyə keçməyib və postsovet ölkəsindən olan ölkə kimi Avropa Şurasındadır. Təbii ki, bütün gözlər bizim üzərimizdə olacaq. Müəyyən təzyiqlər və gözləntilər olmasının Azərbaycana ciddi təsirləri mümkündür. Ölkənin maraqları nöqteyi-nəzərindən götürsək, əgər Belarusda avtoritar rejimdən demokratiyaya keçid baş tutsa, Avropaya inteqrasiya edə bilsə, postsovet məkanında Rusiyanın gücü azalacaq.  Belə olan halda Rusiyanın bizim kimi ölkələrə təsir göstərməsi çətin olacaq. Bu da Azərbaycanın müstəqilliyinə və Qarabağ məsələsinə Avropadan müəyyən qarantiyalar verə bilər. Belarus hadisələri həm də Rusiyanın özünə, daxildəki proseslərə də təsir göstərəcək. Belarusdakı hadisələr postsovet məkanında baş verən hadisələr çərçivəsində çox önəmlidir. Avropa regionu olaraq həm də qlobal siyasətə də ciddi təsirləri olacaq. Rusiyanın Avropaya təzyiqləri daha da daralacaq”.

Belarusda keçirilmiş prezident seçkilərində Lukaşenkonun əsas rəqibi  Svetlana Tixanovskaya həbsdə olan bloqer Sergey Tixanovskinin həyat yoldaşıdır. 

Sergey Tixanovski həbs olunana qədər prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşırdı.

Bundan sonra isə S.Tixanovskaya əsas müxalifət namizədi kimi həbsdə olan ərinin əvəzinə seçkidə iştirak edəcəyini açıqladı. 

Hazırda Belarusda prezident seçkilərinin nəticələri ilə razılaşmayan kütlələrin etiraz aksiyası davam edir.

Vüsalə Mikayıl

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo