Siyasət

Azərbaycan hakimiyyəti "Facebook" paylaşımlarına müdaxilə edir?

22 May, 2020
441
Azərbaycanda sosial şəbəkələrin iştirakçıları mayın 21-dən başlayaraq Facebook səhifələrində problemlər qeydə alırlar. Bu informasiya mübadiləsinin ləngiməsində və ya səhifələrin tam bloklanmasında özünü  göstərir.

Belə ki, Turan agentliyinin səhifəsi bir saatdan çox bloklanıb, onun veb-səhifəsi isə mayın 15-dən başlayaraq üç gün ərzində DDoS hücuma məruz qalıb.

"Biz məlumatları Facebook səhifəsində yerləşdirə bilmədik, səhifə bizim operatorun manipulyasiyasına reaksiya vermədi”, - Turan-ın direktoru Mehman Əliyev bildirib.

Problemlər barədə bloger Natiq Əbilov, Ülvi Həsənli, Fikrət Fərəməzoğlu və başqaları da məlumat veriblər.

Ülvi Həsənli yazır ki, populyar səhifələrdə məlumatı yerləşdirmək və ya sadəcə oxumaq çətindir.

Son vaxtlar hakimiyyət robo-trollingdən istifadə etməyə başlayıb. O, saytlara və Facebook səhifələrinə hücum edir, onlara hökumətyönlü difiramblar yerləşdirir və hakimiyyət tənqidçilərinin ünvanına  lənətlər yağdırır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) isə elektron xidmətlərin inkişafı üzrə tənzimləyici və koordinator kimi elə davranır ki, sanki heç bir şey baş vermir.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova yazır ki, bu nazirlik "Azadlıq” radiosunun xəbər səhifələrinin, "Meydan” TV, Turan TV və "Azadlıq” qəzetinin Facebook səhifəsinin və VPN vasitəsilə bloklanması üçün məhkəmədən sanksiya istəyib.

Son zamanlar Azərbaycanın İnternet şəbəkəsində baş verənlər göstərir ki, hakimiyyət söz və informasiya azadlığına məhdudiyyətlərin azaldılmasını istəmir. Azərbaycanda vəziyyətin pisləşməsini qeydə alan "Sərhədsiz Reportyorlar”ın bu yaxınlardakı hesabatı da bundan xəbər verir. Hesabatda Azərbaycanda söz azadlığının reytinqi dünya üzrə 166-dan 168-ə enib.
 
 
turan.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo