11:40, 27 Oktyabr 2020 (Çərşənbə axşamı) 145

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,00 ABŞ dollara düşüb, yaxud 4,71% azalıb.

APA-nın məlumatına görə, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,47 ABŞ dolları təşkil edib.

"Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.