Siyasət

Azərbaycan Ordusuna dəstək mitinqində həbs edilənlərin valideynləri aksiya keçirib

10 Avqust, 2020
989
İyulun 14-də Azərbaycan Milli Məclisinin qarşısında baş vermiş hadisələrlə əlaqədar həbs olunan şəxslərin valideynləri avqustun 10-da Baş Prokurorluğun binası qarşısında etiraz aksiya keçirməyə cəhd edib.

Etirazçılar həbs olunan övladlarının taleyindən narahatdır. Onlar bildirib ki, həbs olunanların bəziləri ümumiyyətlə Qarabağa dəstək yürüşündə iştirak etməyib.

"Fuad Qəhrəmanlının taleyindən narahatıq. Bəxtiyar İmanov həmin gün heç evindən çıxmayıb, amma ona qarşı üç maddə ilə cinayət işini açıblar, buna etirazımızı bildiririk," etirazçılardan biri deyib.

Həbs olunanların valideynlərinin bəziləri övladlarının əvəzinə həbsə hazır olduqlarını bildirib.

"Vətəni sevmək cinayətdirsə gəlsinlər bu gün məni da həbs etsinlər, çünki mən 1988-ci ildən Şuşadan başlayaraq Azərbaycanın bütün ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişəm. Altı il işğalçılara qarşı mübarizə aparmışam. Əgər Qarabağı, vətəni sevmək cinayətdirsə deməli ən böyük cinayətkar mənəm. Gəlsinlər məni həbs etsinlər, heç olmasa övladımı buraxsınlar," digər etirazçı qeyd edib.

Aksiya iştirakçıları həbs edilən övladları ilə əlaqə saxlamağa imkan yaradılmadığını deyib.

"Heç bir əlaqə saxlaya bilmirik. Bir dəfə paltarını göndərmişəm, bir dəfə isə ərzaq aparmışam. Orada mənə heç bir məlumat vermədilər. Həddindən artıq etinasız yanaşırlar. Mən nə istəyirəm ki? Oğlum haqqında hər hansı bir formada məlumat almaq istəyirəm. Heç bir sübut olmadan onları xəstəlik yaymaq maddəsi ilə vərəm xəstələri üçün müəssisəyə aparıblar. Ailədə altı nəfər yaşayırıq. Mənim oğlum əgər xəstədirsə deməli biz hamımız xəstə olmalıyıq. Ancaq bu yoxdur axı," etirazşı deyib.

Baş Prokurorluğun nümayəndəsi etiraz aksiyanı keçirənlərə bildirib ki, qurumun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov həbs olunmuş şəxslərin valideynlərini bu gün qəbul edəcək.

Aksiya insidentsiz başa çatıb.


Müdafiə Xətti hüquq müdafiə təşkilarının məlumatına görə, iyulun 14-15-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən döyüşlərdə Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə Bakıda keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi üzrə yüzdən çox insan saxlanılıb.

"Elekton məhkəmə portalında yayılan məlumatların təhlili, tarixlər və ittiham irəli sürülmüş maddələrin eyniliyi Qarabaq aksiyasi ilə bağlı qaldırılmış cinayət işi üzrə yüzdən çox insanın saxlanıldığını deməyə əsas verir. Bununla yanaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyası 47 fəalının, Müsəlman Birliyi Hərəkatı 2 fəalının,Azərbaycan Demokratiya və Rifah Hərkatı 1 fəalının saxlaıldığını bildirib. Digər saxlanılanların siyasətə bağlılığı yoxdur,” Müdafə Xətti təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib.

Bununla yanaşı, rəsmi qurumlar saxlanılanlar və ittiham irəli sürülən insanların sayı barədə məlumat yaymayıb.

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

amerikaninsesi.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo