15:55, 17 Oktyabr 2020 (Şənbə) 208

Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi
Oktyabrın 17-də Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozaraq işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

"Report”un məlumatına görə, notada 16 oktyabr 2020-ci il tarixdə V.Milonov qondarma separatçı rejimin başçısı ilə görüş keçirdiyi və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti daha da kəskinləşdirməyə yönəlmiş bir çox təxribat xarakterli bəyanatlar verdiyi bildirilib.
 
Notada həmçinin qeyd edilib ki, Dövlət Duması deputatının bu cür təxribat xarakterli hərəkətləri həm Azərbaycan ictimaiyyətində, həm də Rusiyadakı Azərbaycan diasporlarında haqlı qəzəbə səbəb olub və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə istiqamətlənib.
Oktyabrın 16-da işğal olunmuş ərazilərə səfər etdiyi üçün Vitali Milonovun Azərbaycana girişi qadağan olunub.