19:06, 14 İyul 2020 (Çərşənbə axşamı) 187

"Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik”

"Ermənistanın Azərbaycanın Tovuz bölgəsində həyata keçirdiyi hücumu şiddətlə qınayırıq”.

APA-nın verdiyi xəbərə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

"Hücumun qarşısını alarkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Qardaş Azərbaycan xalqına başsağlığı veririk. Dağlıq Qarabağı işğal edən və illərdir təcavüzkar davranışını davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa, "bir millət, iki dövlət” deyə qəbul etdiyimiz azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək verməyə davam edəcəyik”, - deyə türkiyəli nazir vurğulayıb.