15:20, 08 İyul 2020 (Çərşənbə) 403

Azərbaycan ÜST-ə 10 milyon dollar ianə edib

Azərbaycan ÜST-ə 10 milyon dollar ianə edib
Azərbaycan ÜST-ə 10 milyon dollar ianə edib və 30-dan çox ölkəyə yardım ayırıb.
 
ÜST-ə 10 milyon dollarlıq ianə, 30-dan çox ölkəyə isə yardım
Azərbaycan ÜST-ə 10 milyon dollar ianə edib və 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı ayırıb, Prezident İlham Əliyev bunu BMT Baş katibi Antonio Guterreslə çərşənbə günü baş tutan telefon söhbətində deyib.

AzərTac agentliyi xəbər verir ki, cənab Əliyev telefon söhbətində Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəklədiyini bəyan edib.

"Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb," - agentlik yazır.

bbc.com