15:59, 22 Noyabr 2020 (Bazar) 93

Azərbaycanda koronavirus: 3196 yeni yoluxma

Azərbaycanda koronavirus: 3196 yeni yoluxma
Azərbaycanda koronavirusa (COVID-19) 3196 yeni yoluxma faktı qeydə alınıb, 1598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, 24 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayının 28122 nəfər olduğu bildirilir. 

Ümumi yoluxma sayı 93094, sağalanlar isə 63841 nəfərdir. Bu günə qədər koronavirusdan ölənlərin sayı isə 1131 nəfərdir.

Azərbaycanda son sutka ərzində 15175, hazırkı dövrədək isə 1607455 test aparıldığı qeyd olunur.