18:37, 11 Yanvar 2021 (Bazar ertəsi) 47

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı
FOTO:koronavirus.info

Azərbaycanda koronavirusa 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 17 nəfər COVID-19-dan vəfat edib.

Bu günə qədər ümumilkdə 2926 nəfər virusdan dünyasını dəyişib.
 
Aktiv xəstə sayı 12379 nəfərə çatıb.

Ümumi yoluxanların sayı 224827 nəfər, ümumi sağalanların sayı 209522 nəfərdir.

Ölkədə son sutka ərzində 4086, hazırkı dövrədək isə 2272009 test aparılıb.