19:02, 24 İyun 2020 (Çərşənbə) 703

Azərbaycanda məscidlərə 230 videokamera quraşdırılıb

Azərbaycanda məscidlərə 230 videokamera quraşdırılıb
2017-ci ildə Azərbaycanın şəhər və rayonlarındakı əsas məscidlərin siyahısı müəyyənləşdirilib, onların daxilində 53 nöqtədə 230 videokamera quraşdırılıb, və bu sahədə işlər davam etdirilir.

Toplum Tv-nin məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd olunub ki, qanunsuz dini təbliğatla məşğul olan 142 nəfər barədə hüquqi məsuliyyət tədbirləri görülüb. Onlardan istehsalına və idxalına müvafiq icra orqanının razılığı alınmadan 5 min 185 ədəd dini ədəbiyyat, 356 ədəd broşür, 145 ədəd kompakt disk, 3 ədəd odlu silah və 14 ədəd sursat aşkarlanaraq götürülüb.

Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə ediləcək.

Report