10:53, 06 İyul 2020 (Bazar ertəsi) 332

Azərbaycanda polislər koronavirusdan ölüb

Azərbaycanda polislər koronavirusdan ölüb
Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan ölüb.

Bu barədə "Report” məlumat yayıb.

Məlumata görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olublar.

Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.