18:07, 26 İyun 2020 (Cümə) 395

Azərbaycanda son bir gündə koronavirusa yoluxma: 517 nəfər

Azərbaycanda son bir gündə koronavirusa yoluxma: 517 nəfər
Azərbaycanda daha 517 nəfər koronavirusa yoluxub, 305 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb və 7 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 15 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib, 6818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 980 koronavirus testi aparılıb.