17:58, 27 İyun 2020 (Şənbə) 366

Azərbaycanda son bir gündə yoluxma: 521 nəfər

Azərbaycanda son bir gündə yoluxma: 521 nəfər
Azərbaycanda daha 521 nəfər koronavirusa yoluxub, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb və 6 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda ümumilikdə 15 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib. 6 978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 646, ötən müddət ərzində isə ümumilikdə 461 min 861 test aparılıb.