20:38, 04 İyul 2020 (Şənbə) 366

Azərbaycanda son bir gündə yoluxma: 534 nəfər

Azərbaycanda son bir gündə yoluxma: 534 nəfər
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxub, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 19 min 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 11 min 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 269 nəfərdir.

Ötən müddət ərzində 509 min 811 test aparılıb. Bugünkü test sayı isə 6 846-dır.