22:25, 29 İyun 2020 (Bazar ertəsi) 337

Son 24 saatda (COVID-19) infeksiyasına yoluxma statistikası

Son 24 saatda (COVID-19) infeksiyasına yoluxma statistikası
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 544 yeni yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
 
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
 
Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib. 73 93 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558, ötən müddət ərzində isə ümumilikdə 475 min 525 test aparılıb.