18:44, 08 İyul 2020 (Çərşənbə) 415

Azərbaycanda son bir gündə yoluxma sayı: 542 nəfər

Azərbaycanda son bir gündə yoluxma sayı: 542 nəfər
Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxub, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan  9 nəfər vəfat edib.

İndiyədək ölkədə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 355 koronavirus testi aparılıb.