18:49, 23 Sentyabr 2020 (Çərşənbə) 170

Azərbaycanın üç şəhəri qlobal şəbəkəyə üzv seçilib

Azərbaycanın üç şəhəri qlobal şəbəkəyə üzv seçilib
Bakı, Gəncə və Qəbələ UNESCO-nun "Həyatboyu Təhsil” sahəsində aparıcı qurumu olan "Öyrənən Şəhərlər” üzrə qlobal şəbəkəyə üzv seçilib.

Xarici İşlər Nazirliyindən "Qafqazinfo”ya verilən məlumata görə, 23 sentyabrda UNESCO-nun "Öyrənən Şəhərlər” qlobal şəbəkəsi tərəfindən adları açıqlanan üzvlər sırasında ilk dəfədir ki, Azərbaycan şəhərləri yer alır. 

XİN rəsmisinin açıqlamasında bildirilir ki, bu il, ümumilikdə, 27 ölkədən 55 şəhər qlobal şəbəkəyə qoşulub.

UNESCO-nun "Öyrənən Şəhərlər” üzrə qlobal şəbəkəsi "Həyatboyu Təhsil” üzrə mühüm layihələrdən biri hesab olunur, məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. 

Hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu şəbəkənin üzvüdür. Şəbəkənin fəaliyyəti Almaniyanın Hamburq şəhərində yerləşən UNESCO-nun "Həyatboyu Təhsil” institutu tərəfindən əlaqələndirilir.
 
Elməddin Şamilzadə