14:24, 06 İyul 2020 (Bazar ertəsi) 400

AzTV-nin daha bir neçə əməkdaşı koronavirusa yoluxub

AzTV-nin daha bir neçə əməkdaşı koronavirusa yoluxub
"Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha iki əməkdaşı koronavirusa yoluxub.

Bu barədə Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva "Report"a məlumat verib.

Onun dediyinə görə,  İdman televiziyasının əməkdaşları Fikrət Adıgözəlli və Rövşən Binnətlinin koronavirusla bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb:

"Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hazırda müalicə olunurlar. Bundan əlavə, digər 5 əməkdaşımız da xəstəxanada müalicə alır. 1 nəfər isə evə buraxılıb".

Daha əvvəl AzTV-nin Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev və QSC-nin rejissoru Samir Nemətzadə koronavirusdan vəfat edib.