16:52, 26 İyun 2020 (Cümə) 425

Bakı Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan ölüb

Bakı Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan ölüb
Bakı Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan ölüb.

Arqument.az xəbər verir ki, bu barədə Vahid Məhkəmə Portalında məlumat yayılıb.

Məlumatda bildirilir ki, 55 yaşlı Məmmədov Namiq Eyyub oğlu müalicə aldığı Astara Mərkəzi Xəstəxanasında koronavirusdan vəfat edib.

Namiq Məmmədovun iş təcrübəsi: 

1995- Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasında vəkil;
1995 - 2000Bakı şəhəri 4 saylı Hüquq Məsləhətxanasında vəkil;
2000 - 2007Ağdam Rayon Məhkəməsinin hakimi;
2007 - 2013Şəki Apelyasiya Məhkəməsinin hakimi;
2013 - 2017Şirvan Apelyasiya Məhkəməsinin hakimi;
2017 - h/hBakı Apelyasiya Məhkəməsinin hakimi.