01:53, 24 İyul 2020 (Cümə) 931

Bakı iş başında: "Pandemiyada itirdiyimiz məbləği 5-6 aya geri qaytara bilərik"

Mahmudova Təranə 3 ildir gözəllik salonunda işləyir.

O, pandemiya dövründə salonlarının böyük ziyan gördüyünü deyir.

Hazırda salonlar yenidən fəaliyyətə başlayıb.

Lakin Təranə xanım düşünür ki, dəymiş ziyanın bərpası üçün ən azı 5-6 ay lazım olacaq.

O, karantin dövründə müştərilərinin bəzilərini itirdiyini deyir.

Təranə xanım pandemiyadan əvvəl də əlcək və maskadan istifadə etdiyini deyir.

İndiki şəraitdə isə müştərilərdən də bunu tələb edirlər.

Təranə xanım hər şeyin əvvəlki vəziyyətinə qayıdacağına ümid edir.

Hazırladı:
Zülfiyyə Quliyeva