15:25, 08 İyul 2020 (Çərşənbə) 379

Bakı-London-Bakı reysi açılacaq

Bakı-London-Bakı reysi açılacaq
AZAL iyulun 16-dan Bakı-London-Bakı reyslərinə də başlayır. Aviaşirkət bu reysləri həftədə bir dəfə olmaqla avqustun 27-dək təşkil etməyi planlaşdırır. marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.⠀

Aviaşirkət bildirir ki, Bakı-London reysi ilə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınacaq. Böyük Britaniyanın tətbiq etdiyi yeni qaydalara əsasən, uçuşdan 48 saat əvvəl gov.uk saytında onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda sərnişinlər Londonun "Hitrou" hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər.

London-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.
 
bbc.com