Sosial

"Bakıda bu idman növünün yaradılması ideyası məndən gəlib" - Ruslan Abbasov

30 May, 2019
1879
Yelkənli qayıq idman növü Azərbaycanda o qədər də geniş yayılmayıb. Amma bu su idman növünə maraq göstərənlər var. Lövhələrlə suyun üzərində hərəkət edən, bunu həvəskarlara da öyrətməyə çalışanlardan biri də "Windsurfing” Baku İdman klubunun təsisçisi və müəllimi Ruslan Abbasovdur. 

O, Toplum Tv-nin suallarını cavablandırıb:

- Bu idman növü Azərbaycanda yayğın deyil. Ona görə də bir qədər bu haqda məlumat versəniz, yaxşı olardı…

- Yelkənli qayıq idman növü su idman növünün bir hissəsidir. Löhvə və yelkən ilə birgə küləyə hərəkət etməklə yanaşı, yana və geriyə doğru hərəkət etmək mümkündür. Ümumilikdə, mən "Windsurfing”  barədə nəlumat vermək istərdim.

"Windsurfing” əylənərək idman etməyə imkan verən su idman növüdür. Burada əsas yüngül suda batmayan 2 metr uzunluğundan başlayan lövhə və üzərində ona bağlanmış dirək, tutacaqdan və diametri 4,0 hündürlükdə olan yelkən nəzərdə tutulur. Lövhəni hərəkətə gətirən əsas alt hissəsində olan fin və küləyə görə yelkəndir. Fərqli küləklərə görə müxtəlif lövhələr və yelkənlər olur. İstənilən külək növündə "Windsurfing” ilə məşğul olmaq mümkündür. Hazırda bu idman növü dünyada olduqca məşhurdur.

 - Necə oldu ki, bu idman növünü seçdiniz?

 - Dənizçi olduğum üçün həmişə su idman növlərinə həvəsim olub. 19 yaşım olanda işləmək üçün Avropaya getdim. Bir çox Avropa ölkəsində gəzərkən, xüsusilə Portuqaliyada "Klassik Surfing” ilə məşğul olmağa həvəsim artdı. "Surfing” su idman növlərinin ən populyarı, hətta deyərdim 1 nömrəlisi sayılır. Bu idman növündə əsas rolu dalğanın hündürlüyü oynayır. Bir müddət məşğul oldum. Hətta özümlə Azərbaycana "Surfing” lövhəsi də gətirdim. Təəssüf ki, Xəzər dənizi okean olmadığı üçün  burda dalğaları tutmaq o qədər də asan deyil. Həmçinin bizdə dalğalar daha qısadır. Bir gün fikirləşdim ki,  "Surfing”dən "Windsurfing” idman növünə keçim. Çünki "Windsurfing” üçün küləkli hava şəraiti olduqca mühimdir. Azərbaycanda həftənin 5 günü küləkli hava olduğundan ölkəmiz bu idman növü üçün ideal məkandır. Beləliklə, "Windsurfing” ilə məşğul olmağa başladım. Amma öncə mənə ləvazımatlar lazım olduğundan qərar verdim ki, onları ən yaxın qonşu ölkə Türkiyədən alım. Bu işə həvəsi olan 2 dostum ilə bir-birimizə dəstək olduq.

- Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən məvacib alırsınızmı?

- Biz Federasiyadan məvacib almırıq. Yəni birgə idman klubu yaratdığım dostlarım da, mən də fərqli sahələrdə çalışırıq. Bu idmanla boş vaxtlarımızda məşğul oluruq.
Biz öz hesabımıza "Windsurfing” klubunu yaratmışıq, hazırda inkişaf mərhələsindəyik. Azərbaycan Yelkənlər Federasiyası bizə son 1 ildə dəstək olur. Amma aramızdakı fərq ondadır ki, onlar sırf idmançı yetişdirir. Biz isə bir növ əyləncə üçün bu aktiv idmanla məşğul oluruq. Lakin planlaşdırırıq ki, uşaqların peşəkar fəaliyyəti üçün onlara kömək edək.

- Bildirdiniz ki, klubu öz hesabınıza yaratmısınız və boş vaxtlarınızda məşğul olursunuz. Bəs kluba, bu işə nə qədər vaxt ayırırsınız? 

-Dənizçiyəm. Bir ay işləyirəm, növbəti bir ay evdə oluram. Evdə olduğum müddətdə bu idman növüylə məşğul oluram. Olmadığım müddətdə isə dostlarım məni əvəz edir. Amma Azərbaycanda bu idman növünü yaratmaq ideyası ilk məndən gəlib.

- Aldığınız məvacib sizi qane edirmi?

- Əlbəttə ki, xaricə nisbətən, burda əmək haqqı 3-4 dəfə azdır, yenə də məni qane edir.

- Hansı maneələrlə qarşılaşırsınız?

- Əsas maneə "Windsurfing”ə aid ləvazimatların ölkə daxilində satışının olmamasıdır. Ölkə xaricində satışı olduğu üçün alıb gətirmək bir az vaxt alır və çətin prosesdir. Həcmi böyük olduğu üçün hava limanında çətinliklər yaradır. Əsas daşımaları Türk Hava Yolları ilə edirik , orda da bir şəxsin 1 idman ləvazimatı gətirmək üçün icazəsı var. Belə başqa ciddi çətinliklər yoxdur. Əsas həvəs olduqdan sonra hər bir işin öhdəsindən rahat gəlirik.

- Klubunuz təxminən neçə ildir fəaliyyət göstərir?

- 3 ildir. Komandamızda əsas 3 nəfər var və əlavə həvəsli sörfçi dostlarımız da var. Ümumilikdə isə 30-40 nəfərdir. Yay mövsümündə bizim kluba gəlib bu idmanla məşğul olanlar da az deyil.

- Klub ötən illər ərzində nə kimi uğurlar əldə edib?

- 2016-cı ildə ilk addımlarımızı atdıq. Hələlik inkişaf mərhələsindəyik, uğurlarımız, belə desək , əsas məqsədimiz bu idmana insanları cəlb etməkdir. Biz 2016-cı ildə başlayanda bu idmanla məşğul olan 3-4 nəfər var idi, indi isə 10-a yaxın insanın öz ləvazimatları var. Mütəmadi məşğul olanların sayı 30 -a yaxındır. Onların arasında xanımlar da var.

Artıq ikinci ildir ki, yelkənli idman yarışı keçirilir. Bakı Bulvarında "Lazer” və "Optimist” tipli qayıqların yarışı olur. Biz də "Windsurfing” komandası olaraq düz 30 ildən sonra ilk dəfə Bakı Bulvarında dənizə çıxdıq, hardasa 6-7 sörfçi idi. Çox gözəl mənzərə idi, bulvara gələn hər kəs maraqla baxırdı. Artıq Bakı Bulvarında insanlar yelkənləri seyr edir. Bu, özü böyük bir uğurdur. Sonuncu dəfə 90-cı illərin əvvəlinə kimi yelkənli idman növləri Bakı buxtasında görünüb.

- Federasiya 2000-ci ildən rəsmi qeydiyyatdan keçib. Dediniz ki, yelkənli idman növləri 90-cı illərin əvvəlinə kimi Bakı buxtasında görünmüşdü. Yəni bu illər ərzində heç bir yarış, bu idman növünə aid heç bir tədbir olmayıb?

- Yarışlar 2016-2017- ci illərdə keçirilib. Amma Federasiyanın bazası Şıxovda olduğu üçün orada məşqlər aparılır. Hazırda Fransada keçirilən Avropa Çempionatına hazırlaşırlar. Federsiyada olan idmançılar "Lazer” və "Optimist” tipli qayıqlarda yarışacaqlar. İdmançılar 7-14/16 yaşda olan idmançılardır.
 
- Bəs sizcə, böyüklərdən ibarət milli komanda niyə yoxdur?

- Çünki Federasiya 2015-ci ildən etibarən kluba uşaqları cəlb edib və bildiyiniz kimi bir idmançının yetişməsi üçün erkən yaşlardan başlaması daha məntiqəuyğundur. Hələ cavan kadrlar yetişir. Ümumiyyətlə, bu su idman növləri bahalı idman növü sayılır və çətin yol olduğu üçün ləng hərəkət edir. Siz təsəvvür edin, biz öz hesabımıza hər şeyi almışıq hələ də alırıq.

- Federasiyanın inzibatçısı Nurlan Abdullayev bir müsahibəsində Olimpiya səviyyəli idmançıların olmamasını idmançılara qoyulan yaş məhdudiyyəti ilə bağlamışdı. Bunun ardınca, AYİF-in mətbuat katibi Tural Museyibzadə Nurlan Abdullayevi tanımadığını, elə bir işçinin olub-olmadığını bilmədiyini vurğulamışdı. Bu barədə nə deyə bilərsiniz?

- Hər ikisini tanıyıram. Nurlan Abdullayev federasiyaya həm texniki, həm də sənəd işlərinin - yarış zamanı sertifikatların hazırlanması və s. dəstək verir. Tural bəy Xəzər Dəniz Gəmiçiliyin işçisi olduğu üçün federasiyada hər adamı tanımaya bilər, bu da normaldır. Bəli, böyüklər üçün qayıq yoxdur. Dediyim kimi, onlar uşaqlarla başlayıblar, idmançı yetişdirirlər. Bizdən fərqli olaraq onlarda yaş məhdudiyyəti var.

- Bəs sizin klubun yetişdirmələri Olimpiyaya qatıla bilərmi? Hazırda klubunuzda hansı yaşlardan insanlar var?  

- Bəli, biz də gələcəkdə idmançı yetişdirməyi düşünürük və bunun üzərində işləyirik. Hazırda 16 yaşından yuxarı yaş qrupundan olanları qəbul edirik . Onlar da sırf idmançı kimi deyil, sadəcə aktiv vaxt keçirmələri üçün öyrənirlər. Bir sözlə, asudə vaxtlarında gəlib məşğul olurlar. Bu idman növünün həm fiziki, həm də sağlamlıq baxımından insana çox xeyri var. Ən əsası, biz bu idmanla məşğul olmağa həvəsi olan hər kəsə kömək edirik.  Hər kəs məhdudiyyət olmadan, rahat şəkildə məşğul ola bilər. 

Zərifə Novruz



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo