16:08, 09 Sentyabr 2020 (Çərşənbə) 178

Bakının mərkəzində Tofiq Yaqubluya dəstək aksiyası keçirilib

Bakının mərkəzində Tofiq Yaqubluya dəstək aksiyası keçirilib
Bakının mərkəzi küçələrindən birində bir qrup mçüxalif və ictimai fəal Tofiq Yaqublunun həbsinə etiraz olaraq aksiyası keçirib. Polis aksiyaya müdaxilə edib, onlarla etirazçı saxlanılıb.

Aksiya Konstitutsiya Məhkəməsinin qarşısına təyin olunsa da polis etirazçıları oraya buraxmayıb.

Aksiya iştirakıları "Tofiq Yaqubluya azadlıq!”, "Siyasi məhbuslara azadlıq!" şüarları səsləndirib.

Saxlanılanlar arasnda Tofiq Yaqublunun qızı Nigar Həzi, ictimai fəallardan Gülnarə Mehdiyeva, Bəxtiyar Hacıyev, Ülvi Həsənli, Rəbiyyə Məmmədova, Mətanət Məhmərzayeva reportyor Fatimə Mövlamlını və digərləri var. Bir neçə jurnalsit və blogerin saxlanıldığı da bildirilir.

Bəxtiyar Hacıyev saxlanılanların Səbail rayon Polis İdarəsinə apaırldıqlarını bildirib. Mətanət Məhmərzayeva da saxlanılıb.

Polis jurnalistləri ərazidən uzaqlaşdırdığı zaman bir qrup reportyor "Mətbuata toxunma!”, "Azad media susdurula bilməz!" şüarları səsləndirərək etirazını bildirib.

Rəsmi qurumlar aksiya ilə bağlı hələ məlumat yaymayıb.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Penitensiar Xidmətdən vəkilin dediklərinə münasibət almaq mümkün olmayıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub.

Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirib.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.